FERRUM LEK  100 mq

FERRUM LEK 100 mq

9.07 AZN
Ağımtıl – qəhvəyi rəngli, mərmərvari, yumru, kənarları kəsik yastı tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

·  Gizli dəmir çatışmazlığının müalicəsi

·  Dəmir çatışmazlığı anemiyasının müalicəsi

- Hamiləlik zamanı dəmir çatışmazlığının profilaktikası

ƏKS GÖSTƏRİŞLƏR :

·  Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq

·  Dəmirdən istifadənin pozğunluqları

·  Dəmirlə həddindən artıq yüklənmə

·  Dəmir çatışmazlığı ilə bağlı olmayan anemiya

·  Təkrar qan köçürülmələri

·  Parenteral dəmir terapiyası

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə dəmir ilə müalicəyə başlamadan öncə həkimlə məsləhətləşmək lazımdır.Preparatın heyvanlarda reproduktiv

funksiyaya təsirinin öyrənilməsi zamanı onda dölə mənfi təsirin olmadığı müəyyən edilmişdir.Hamilə qadınların iştirakı ilə aparılan nəzarət

olunan müayinələrin gedişində ananın və yenidoğulmuşun orqanizminə mənfi təsirin olması aşkar olunmamışdır.

Dəmir ana südünə ifraz olunur, burada o laktoferrin ilə kompleks şəklində olur.Dəmir hidroksid və polimaltoza kompleksindən dəmirin yalnız

az hissəsi ana südünə keçir, bu səbəbdən ananın Ferrum lek qəbul etməsi zamanı ana südü ilə qidalanan uşaqda əlavə təsirlərin yaranması

az ehtimal olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatın dozası və müalicənin müddəti dəmir çatışmazlığının dərəcəsindən asılıdır.

12 yaşdan yuxarı uşaqlar, böyüklər, südverən analar

Aşkar dəmir çatışmazlığı

Adı gündəlik doza 1 – 3 çeynəmə tablet təşkil edir.Müalicə 3 – 5 ay, hemoqlobinin səviyyəsi normallaşana qədər davam edir.Bundan sonra

preparatı daha bir neçə həftə ərzində, orqanizmdə dəmir ehtiyatı bərpa olunana qədər təyin edirlər.

Hamilə qadınlar

Aşkar dəmir çatışmazlığı

Ferrum lek 2 – 3 çeynəmə tablet gündə bir dəfə, hemolobinin səviyyəsi normallaşana qədər.Bundan sonra preparatı Ferrum lek 1 çeynəmə

tablet gündə bir dəfə, ən azı hamiləliyin sonuna qədər orqanizmdə dəmir ehtiyatının bərpa olunması üçün təyin edirlər.

ƏLAVƏ TƏSİRLƏR :

Dəmirin təhlükəsizliyi və orqanizm tərəfindən mənimsənilməsi çoxsaylı kliniki sınaqlarda qiymətləndirilmişdir və hesabatları dərc olunmuşdur.

Sinir sistemi tərəfindən pozulmalar :

Az – az : başağrısı

Mədə - bağırsaq pozumaları :

Tez – tez : qarında diskomfort, qəbizlik, diareya, ürəkbulanma, qusma, qıcqırma, nəcisin rənginin tündləşməsi

Nadir : dişlərin rənglənməsi

Məlum deyil : qarında ağrı

Dəri və dərialtı toxuma tərəfindən pozulmalar

Nadir : dərinin hiperhəssasslıq reaksiyaları, məs. , ekzantema, səpgi və övrə

DOZA HƏDDİNİN AŞILMASI :

Təsadüfən preparatın çox yüksək dozasını qəbul etdikdə həkimə müraciət etmək lazımdır.

Dəmir hidroksid polimaltoza kompleksi preparatının doza həddinin aşılması zamanı dəmirlə zəhərlənmə və həddən artıq yüklənmə əlamətləri

qeyd olunmamışdır ki, bu da aktiv maddənin dəmir – hidroksid polimaltoza kompleksi şəklində qəbulu zamanı mədə - bağırsaq traktında

sərbəst dəmir ionlarının olmaması ilə, həmçinin dəmirin bu şəkildə passiv diffuziya mexanizmi vasitəsilə orqanizmdən daşınmaması ilə

bağlıdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 100 mq dəmir hidroksid polimaltoza kompleksi vardır.

Köməkçi maddələr : dekstranlar, makroqol 6000, aspartam E951, talk, şokolad essensiyası.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.