ANTİDEP drajelər

ANTİDEP drajelər

12.90 AZN
30 drajedən ibarət karton qutuda qablaşdırılır.
İstifadəsinə göstərişlər:

Antidepressiv aktivliyə malik bitki tərkibli sedativ preparatdır.

Dazıotunun təsiredici maddələri mərkəzi və vegetativ sinir sisteminin funksional vəziyyətini normallaşdırır.

Əhvali-ruhiyyəni yüksəldir, yuxunu normallaşdırır ,psixi və fiziki aktivliyi yüksəldir.

Oyanıqlığı və əsəbiliyi azaldır.

Əks göstərişlər:

tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Böyüklər gündə 2 draje qəbul etməlidirlər.

Yuxululuq halları baş verdikdə ,2 ci doza yatmazdan əvvəl qəbul edilməlidirlər.

6-12 yaşlar arasında drajelərin ancaq həkim məsləhətilə və gündə 1 drajedən çox olmamaq şərtilə qəbuledə bilərlər.

6 yaşa qədər uşaqlarda məsləhət görülmür.


hər drajenin tərkibində daxildir: Dazıotunun bitkisi 180 mq miqdarında quru ekstraktı .

Əlavə komponentlər :qarğıdalı nişastası, krosspovidon, kalsium-hidrofosfat, natrium-kroskarmelloza, silisium-dioksid, kalsium-stearat, talk, şəkər ,makroqol 6000, kaolin, kalsium-karbonat, titan-dioksidi, akasiya, distillə olunmuş su .

Boyalar : sarı rəngli kömür qətranı və al qırmızı rəngli indiqokarmin .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.