OKSİTOSİN – RİXTER

OKSİTOSİN – RİXTER

2.84 AZN
rəngsiz,təmiz,steril məhlul.
İstifadəsinə göstərişlər:

okitosin uşaqlığın yığılma aktivliyinin provakasiya və stimullaşdırılması üçün göstərilib.

Hamiləliyin  son və sona yaxın günlərində doğuş fəaliyyətinin provakasiya üçün yalnız aşağıdakı hallarda əsaslıdır.

hipertoniya,preeklampsiya və ya eklampsiya,fetal eritroblastoz,hamilələrin şəkərli və ya hestasion diabeti, doğuşqabağı dövrdə  qanaxma,dölün erkən və ya vaxtından əvvəl doğuşu zamanı və təbii doğuş mümkün olmadıqda və.s .

Əks göstərişlər:

Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Doza həkim nəzarətində hamiləliyi və dölün vəziyyətinin nəzərə alaraq fərdi təyin edilir.

Yalnız venadaxili damcı üsulu ilə infuziya şəklində istifadə edilir.

Təsiredici maddə:1 ml-lik hər ampulada 5 BV oksitosin vardır.

Köməkçi maddələr: buzlu sirkə turşusu ,xlorbutanol  hemidihidrat,etanol ,inyeksiya üçün su .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.