SULTAM 1,5 q

SULTAM 1,5 q

5.10 AZN
karton qutuda flakon və həlledici maye ilə birikdə 
İstifadəsinə göstərişlər:

yuxarı və aşağı tənəffüs yollarının kəskin və xroniki infeksiyaları;

Dərinin və yumşaq toxumaların infeksiyaları;öd qovucu yolların infeksiyaları;
Sidikqovucu yolların infeksiyaları;
Kiçik çanaq orqanlarının infeksiyaları;
Sepsis;
Septiki endokardit,meningit.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Venadaxili yeridilməsi qəti qadağandır.

Böyüklərə 1-2 flakonun möhtəviyyatı müvafiq miqdarda 0,5%-li lidokain məhlulunda həll edilərək  hər 8-12 saatdan bir əzələdaxilinə yeridilir.
Gündəlik doza 4 q keçməməlidir.Orta ağır infeksiyalarda dozanı 6 q-a qədər artırmaq olar.
Həyatı təhlükəli infeksiyalarda dozanı 12 q/gün qədər artırmaq və bu dozanı gündə 3-4 dəfə yeritmək olar.
Uşaqlara və yenidoğulmuşlara 150 mq/kq/gün hesabı ilə təyin olunur.
Preparat gündə 3-4 dəfə, yenidoğulmuşlara gündə 2 dəfə yeridilir.
Ağır böyrək funksiyası pozğunluqlarında  preparatın yeridilməsi arasındakı intervalları artırmaq lazımdır.
Müalicə kursu 5-14 gün,ağır hallarda uzunmüddətli ola bilər.

Saxlanma şəraiti:

30°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Təsiredici maddələr:hər flakonda 1 q ampisillin və 500 mq sulbaktam vardır.

Əzələdaxili yeridilmə üçün həlledici:1 ampulun içərisində 3,2 ml 0,5 %-li lidokain məhlulu

Toz və həlledici steril və apirogendir.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.