SİNUPRET N 50

SİNUPRET N 50

9.77 AZN
Yaşıl, dairəvi, ii tərəfi qabarıq, hamar səthli tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Tənəffüs yollarından özlü seliyin axması ilə müşayiət olunan kəskin və xroniki sinusitlər.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Bütün dərman vasitələri kimi Sinupret də hamiləlik və laktasiya dövründə həkim tərəfindən ciddi şəkildə risk – fayda nisbəti

qiymətləndirildikdən sonra istifadə edilə bilər.Sinupret damcının tərkibində etil spirti olduğu üçün yalnız örtüklü tabletlərin qəbulu mümkün

olmadığı halda istifadə edilə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

12 yaşdan böyük yeniyetmələrə və böyüklərə : gündə 3 dəfə 50 damcı və ya 2 örtüklü tablet :

6 – 11 yaşlı uşaqlar a : gündə 3 dəfə 25 damcı və ya 1 örtüklü tablet.

2 – 5 yaşlı uşaqlara : gündə 3 dəfə 15 damcı.

Sinupret örtüklü tabletləri az miqdarda su ilə çeynəmədən qəbul etmək lazımdır.

Əgər müalicə kursu müddətində simptomlar dəyişməzsə və ya kəskinləşərsə o zaman öz həkiminizlə məsləhətləşin.

ƏLAVƏ TƏSİRLƏRİ :

Həzm traktının pozulmaları nadir hallarda baş verə bilər.

Dərinin yüksək həssaslıq reaksiyaları nadir hallarda baş verə bilər.Bundan başqa allergik reaksiyalar baş verə bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması ilə bağlı hər hansı məlumat yoxdur.

Doza həddinin aşılması zamanı simptomatik müalicə başlanıla bilər.

1 tabletin tərkibində :


Gentiane radix  6 mq


Primulae flos  18 mq


Rumicis herba  18 mq


Sambuci flos  18 mq


Verbeane herba  18 mq


Köməkçi maddələr : kalsium – karbonat E 170, xlorofillin maddəsi 25 %, dekstrin, Eudragit E 12.5, jelatin, maye qlükoza, indiqo karmin, E 132,


alüminium oksid, kartof nişastası, laktoza monohidrat, qarğıdalı nişastası, yüngül maqnezium oksid, montanqlikol mumu, riboflavin E,


təmizlənmiş su

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.