AZİTROMİSİN-RNP 250 mq

AZİTROMİSİN-RNP 250 mq

2.47 AZN
silindirik formada,yarımkürəvi ucları ilə,homogen ,saya ,parıldıyan səthə malik kapsullar.500 mq və 250 mq kapsulların nömrəsi müvafiq olaraq 00 və 1 təşkil edir.

250 mq gövdəsi sarı və qapağı qırmızı və ya gövdəsi və qapağı sarı və ya gövdəsi ağ və qapağı qırmızı .

İstifadəsinə göstərişlər:

-  Yuxarı tənəffüs yollarının və burun-boğaz-qulaq orqanlarının infeksiyaları ;
-  Skarlatina ;
-  Aşağı tənəffüs yollarının infeksiyaları ;
-  Dəri və yumşaq toxumaların infeksiyaları ;
-  Laym xəstəliyinin ilkin mərhələsi ;
-  Clamydina trachomatis ilə törədilmiş sidik-cinsiyyət yollarının infeksiyaları .

Əks göstərişlər:

tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq,hamiləlik və laktasiya dövrü ,12 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası :

preparat gündə 1 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra ,kifayət qədər su ilə daxilə qəbul edilir.
Yuxarı tənəffüs yollarının və burun-boğaz-qulaq orqanlarının infeksiyaları ,dəri  və yumşaq toxumaların infeksiyaları :3 gün ərzində gündə 1 dəfə 500 mq,kurs doza 1,5 q.

Saxlanma şəraiti:

15-25°C temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Reseptlə  buraxılır
 

250 mq kapsullar 

Təsiredici maddə: 1 kapsulda 250 mq azitromisin vardır .

Köməkçi maddə: qarğıdalı nişastası .


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.