SEFLONQ-CEFLONG 1g

SEFLONQ-CEFLONG 1g

5.51 AZN
flakonda seftriaksonun  tozu və ampulda həlledici.
İstifadəsinə göstərişlər:

-  Sepsis  ;
-  Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları,pnevmoniya və ağciyər absesi daxil olmaqla;
-  Qarın boşluğu orqanlarının infeksiyaları ;
-  Sidik-cinsiyyət orqanılarının infeksiyaları ;
-  Sümüklərin ,oynaqların,dərinin və yumşaq toxumaların infeksiyaları;
-  Bakterial endokardit ;
-  Əməliyyatdan öncə və sonra profilaktik məqsədlə ;

Əks göstərişlər:

Antbiotiklərə qarşı yüksək həssaslıq ,yerli anestetiklərə qarşı allergik reaksiyalar ,ürəyin blokadası .

İstifadə qaydası və dozası:

Böyüklər əzələdaxili inyeksiya üçün birdəfəlik doza 0,5 q .
Gündəlik dozası 1-2 q.Maksimal gündəlik doza 4 q-ı keçməməlidir.
Sağlam insanlarla müqayisədə ,yaşlı və qaraciyər böyrək çatışmazlığı olan xəstələrdə seftriaksonun maksimal gündəlik dozası 2 q-dır.
Uşaqlarda gündəlik doza hər 12 saatdan nir 50-75 mq/kq təşkil edir.Maksimal gündəlik doza 2 q-dan çox olmamalıdır.
Meningit zamanı hər 12 saatdan bir 10 mq/kq .Maksimal gündəlik doza 4 q-dan artıq olmamalıdır.
Kəskin ağırlaşmamış qonoreyada birdəfəyə 250 mq .
Əməliyyatdan öncə 30 və yaxud 120 dəqiqə əvvəl venadaxilinə 1q.
Əzələdaxili inyeksiya üçün 1q seftlonq 4 ml 1%-li lidokain-hidroxlorid məhlulunda həll edilir.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
Təsiredici maddə:hər flakonda 1 q seftriakson vardır.

Köməkçi maddələr:4 ml 1%-li lidokain-hidroxlorid məhlulu.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.