ÇAYTİKANI YAĞI

ÇAYTİKANI YAĞI

2.00 AZN
Təsviri:60 ml / 80 ml / 100 ml flakonlarda buraxılır.
İstifadəsinə göstərişlər:dəridə və selikli qişalarda reparativ prosesləri stimullaşdırır,zədələnmiş toxumaların sağalmasını tezləşdirir.Sərbəst radikal proseslərin intensivliyini azaldır və hüceyrə membranlarını zədələnmədən qoruyur.
Çətin sağalan yaraların ,yanıqların,yataq yaralarının,donmalarının müalicəsində istifadə edilir .Mədə və 12 barmaq bağırsağın xorası ,hiperasid qastrit,xroniki kolit ,qeyri-spesifik xoralı kolit.Babasil,arxa keçəcəyin çatı, düz bağırsağın xorası ,kataral və atrofik proktik,eroziv-xoralı sfinkterit.
Kosmetikada:dəri qırışlarında və çatlarında,çillərdə,piqment ləkələrində,cizvələrdə,dermatitlərdə geniş istifadə edilir.Quru dərini nəmləndirir.
Əks göstərişlər:Həzm traktının kəskin iltihabi xəstəliklərində.İshal zamanı .
İstifadə qaydası və dozası:xaricə,daxilə,rektal və inqalyasiya formasında istifadə edilir.
Saxlanma şəraiti:10°C temperatura qədər möhkəm bağlı formada qaranlıq yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Tərkibi:E vitamini 110-165 mq/ % ,Karotinlər 120 mq / %,Provitamin A-250 mq / % ,FKP vitaminləri,B qrupu vitaminləri ,Minerallar:mg,Al,Si,Fe,Ti,B-sitosterin,piyli turşular : palmitin 30-40 %.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.