KAVİNTON 5 MQ/ML

KAVİNTON 5 MQ/ML

9.32 AZN
rəngsiz və ya cüzi yaşıl rəngli şəffaf məhlul.                                                                                                                                       
İstifadəsinə göstərişlər   

Nevrologiya: baş beyin qan dövranının müxtəlif pozğunluqları,

beyin insultdan sonrakı vəziyyət,damar demensiyası,

vertebrobazillyar çatışmazlıq,

baş beyin damarlarının aterosklerozu,

posttravmatik və hipertonik ensefalopatiyada baş beyin qan dövranının pozulmasının psixi və nevroloji əlamətlərini aradan qaldırmaq üçün . 

Oftalmologiya: gözlərin damar və tor qişalarının xroniki damar xəstəlikləri. 

Otorinolarinqologiya : kəskin damar patalogiyasında,toksik zədələnməsində və ya digər mənşəli qocalıq ağır eşitmənin ,Menyer xəstəliyinin və qulaqlarda küyün müalicəsi üçün 

Əks göstərişlər 

Bu preparatların hər bir komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü. 

Uşaqlar(klinik məlumatlar olmadığına görə). 

İstifadə qaydası və dozası 
 
Yalnız ləng venadaxili damcı üsuli ilə mümkündür !

Başlanğıc sutkalıq doza 20 mq preparat infuziya üçün 500 ml məhlulunda təşkil edir .

Bu doza xəstədə preparatın mənimsənilməsindən asılı olaraq 2-3 gün ərzində sutkada 1 mq/kq bədən çəkisinə qədər artırıla bilər.

İnyeksiya üçün Kavintonu hər tip fizioloji məhlulda və ya infuziya üçün qlükoza məhlulunda həll etmək olar. 

Təsiredici maddə:inyeksiya üçün 1 ml məhlulun tərkibində 5 mq vinposetin vardır .

Köməkçi maddələr:askorbin turşusu, natrium metabisulfat, çaxır turşusu, benzil spirti, inyeksiya üçün su .                                                                                                                       

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.