KAVİNTON FORTE

KAVİNTON FORTE

6.79 AZN
 ağ və ya ağ rənginə yaxın,yastı,yumru,ititərəfli tabletlərdir.

Tabletin bir tərəfində ʺ10 mqʺ yazısı var,digər tərəfində isə bölmə xətti var. 

Tabletin diametri təxminən 8,0 mm –dir.                                                                                                         

İstifadəsinə göstərişlər 

Nevrologiya: baş beyin qan dövranının müxtəlif pozğunluqları,

beyin insultdan sonrakı vəziyyət,damar demensiyası ,

vertebrobazillyar çatışmazlıq,baş beyin damarlarının aterosklerozu,

posttravmatik və hipertonik ensefalopatiyada baş beyin qan dövranının pozulmasının psixi və nevroloji əlamətlərini aradan qaldırmaq üçün .   

Oftalmologiya: gözlərin damar və tor qişalarının xroniki damar xəstəlikləri. 

Otologiya: eşitmə qabiliyyətinin davamlı xarakterli zəifləməsi , menyer xəstəliyi,qulaqlarda küy. 

Əks göstərişlər 

Bu preparatların hər bir komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü. 

Uşaqlar(klinik məlumatlar olmadığına görə). 

İstifadə qaydası və dozası   

Yeməkdən sonra daxilə qəbul edilir.Sutkalıq doza 15-30 mq(gündə 3 dəfə 5-10 mq). 

Qaraciyər və böyrək xəstəliklərində yuxarıda göstərilən dozalar qəbul edilir. 
 
Doza həddinin aşılması 

Doza həddinin aşılması simptomları məlum deyil.

Məlumatlara görə 60 mq/gün doza təhlükəsizdir.

Vinposetinin 360 mq birdəfəlik qəbulu nə kardiovaskulyar nə də digər əlavə effektlərin əmələ gəlməsi ilə müşayiət olunmayıb.   

Kavinton Forte tabletləri:   Təsiredici maddə:hər tabletin tərkibində 10 mq vinposetin vardır. 

Köməkçi maddələr:maqnezium-stearat,susuz kolloidal silisium 4-oksid,talk,qarğıdalı nişastası,laktoza monohidrat.                                                                                                                                      

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.