Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KETONAL 50 mq

5.88 AZN
KETONAL 50 mq
İstifadəsinə göstərişlər:
Ketonal  ağrıkəsici , iltihab əleyhinə və qızdırma salıcı təsirlərə malikdir.   Revmatik xəstəliklərin müalicəsi. Ketoprofen oynaqlarda ağrını yüngülləşdirir , ödemi və hərəkət məhdudluğunu azaldır və aşağıda göstərilən müxtəlif revmatik xəstəliklərdə iltihab əleyhinə təsir göstərir.   
– revmatoid artrit  
- seroneqativ spondiloartrit ( ankilozlaşdırıcı spondilit,psoriatik artrit və postinfeksion reaktiv artrit );   
- podaqra , psevdopodaqra;   - osteoatrit ; 
- oynaqdan kənar revmatizm ( tendinit, bazu oynağında bursit və kapsulit). 

Müxtəlif mənşəli ağrıların yüngülləşdirilməsi : 
- posttravmatik ağrı (məs.idman zədələnmələri , əzələlərin və oynaqların zədələnməsi , çıxıqlar , gərilmə və əzilmələr); 
- əməliyyat sonrası ağrılar (məs.ortopedik əməliyyatdan sonra ağrı) 
-xərçəng xəstəliyi olan pasiyentlərdə sümük metastazaları nəticəsində əmələ gələn ağrılar; 
- menstruasiya zamanı ağrılar. 

Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası :
Ketonal kapsulları yalnız həkimin göstərişi üzrə istifadə olunur!Əgər siz əmin deyilsinizsə , o zaman həkimlə və ya əczaçıyla məsləhətləşin.Müalicə üçün lazımı minimal vaxt ərzində minimal dozaların qəbulu zamanı xoşagəlməz effektlərin əmələ gəlmə riskini minimuma enir.

Həkimin məsləhəti olmadan dozanı dəyişdirmək olmaz. Ketonal kapsullarının adi dozası: gündə 3 dəfə (səhər, günorta , axşam)1 kapsul(50 mq).  Revmatoid artrid və osteoartritin müalicəsi: hər 6 saatdan bir 1 kapsul .Zəif və mülayim dismenoreyada :hər 6-8 saatdan bir 1 kapsul.   
Ketonal kapsulları ketonal suppozitoriyalar ilə birgə istifadə oluna bilər .məsələn:  - 1 kapsul Ketonal(50 mq) səhər və gündüz və 1 Ketonal suppozitoriya (100 mq) axşam;   Həzm sistemində ketoprofenin arzuolunmaz təsirinin azalması üçün eyni zamanda antasid (mədədə xlorid turşusunun sekresiyasını zəiflədən dərman vasitələri ) qəbul etmək məsləhət görülür.   

Ketonal məhsulları yemək zamanı və ya yeməkdən sonra 100 ml – dən az olmayan maye ilə qəbul olunmalıdır.Ketoprofenin maxsimal gündəlik dozası 200 mq-dır.Müalicə müddəti həkim tərəfindən təyin edilir.Əgər siz dərmanın effektini çox güclü və ya zəif görürsünüzsə bu haqda, həkimə və ya həkimə və ya. Əgər sizdə bu dərman vasitəsinin istifadəsi üzrə hər hansı bir əlavə sual yaranarsa , həkimə və ya əczaçıya müraciət edin.
   


 

Təsiredici maddə : Hər kapsulada 50 mq ketoprofen vardır. 
 
Köməkçi maddələr: laktoza monohidrat, maqnezium – stearat , kolloidal susuz silisium