KLEKSAN 6000

KLEKSAN 6000

19.38 AZN
Təsviri:şəffaf,rəngsizdən açıq-sarı rəngə qədər olan məhlul.
İstifadəsinə göstərişlər:
-  Cərrahi müdaxilələr,xüsusilə də ortopedik və ümuni cərrahi əməliyyatlar zamanı venoz trombozlar və emboliyaların profilaktikası ;
-  Kəskin terapevtik xəstəliklər zamanı və yataq rejimində olan xəstələrdə venoz trombozların və emboliyaların profilaktikası ;
-  Dərin venaların trombozunun müalicəsi ;
-  Qeyri-stabil stenokardiyanın və miokard infarktının asetilsalisil turşusu ilə birgə müalicəsi ;
-  Hemodializ  zamanı  ekstrakorporal qan dövranında trombların əmələ gəlməsinin profilaktikası ;
-  ST seqmentinin qalxması olan kəskin miokard infarktlı pasiyentlərdə ,əgər pasiyentdə medikamentoz müalicə və ya sonrakı dəri vasitəsilə koronar müdaxilə aparılırsa .
Əks göstərişlər:tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
18 yaşına qədər pasiyentlər ;
İstifadə qaydası və dozası:Preparat dərialtına yeridilir .Əzələdaxili yeritmək olmaz .
Kleksanın məsləhət görülən dozası  sutkada 1 dəfə dərialtına 20-40 mq təşkil edir.Cərrahi əməliyyatdan 2 saat öncə ilk inyeksiya yerdilir.
Hər bi xəstəliyə uyğun fərdi dozada təyin edilir.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptlə  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Tərkibi:

Öncədən doldurulmuş şprislər
Şprisdə
20 mq
40 mq
60 mq
80 mq
100 mq
Natrium enoksaparin
20 mq
40 mq
60 mq
80 mq
100 mq
İnyeksiya üçün su
0,2 ml
0,4 ml
0,6 ml
0,8 ml
1,0 ml
İnyeksiya üçün 1 ml məhlula 100 mq natrium enoksaparin daxildir
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.