KORVALOL-CORVALOL

KORVALOL-CORVALOL

0.56 AZN
spesifik iyə malik şəffaf ,rəngsiz maye .
İstifadəsinə göstərişlər:

-  Yüksək əsəbiliklə müşayiət olunan nevrozlar;
-  Yuxusuzluq ;
-  Hipertoniya xəstəliyinin və vegeto-damar distoniyasının kompleks müalicəsində ;
-  Koronar damarların kəskin nəzərə çarpmayan spazmları ,taxikardiya ;
-  Neyrovegetativ pozğunluqlarla əlaqədar bağırsaqların spazmı .

Əks göstərişlər:

-  Preparatın komponentlərinə qarşı yüksək həssaslıq ;
-  Qaraciyər və böyrək funksiyasının nəzərəçarpan pozulmaları ;
-  Qaraciyərin porfiriyası ;
-  Ağır ürək çatışmazlığı ;
-  Tərkibində fenobarbital olan dərman vasitələri nəzərəçarpan arterial hipotenziya,miokard infarktı, şəkərli diabet ,depressiya ,miasteniya ,alkoqolizm ,narkotik və medikamentoz asılılıq ,təngnəfəsliklə müşayiət olunan respirator xəstəliklər ,obstruktiv sindrom hallarında əks göstərişdir .

İstifadə qaydası və dozası:

gündə 2-3 dəfə qida qəbulundan asılı olmayaraq su ilə və ya şəkərlə 15-30 damcı dozada daxilə qəbul edilir.Ehtiyac yaranarsa birdəfəlik doza 45-50 damcıya qədər artırıla bilər .
Uşaqların müalicəsi üçün preparatın istifadə təcrübəsi yoxdur,buna görə preparat pediatrik praktikasında istifadə olunmur.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır

 


Təsiredici maddələr: 1 ml məhlulun tərkibində (26 damcı) 20 mq a-bromizovalerian turşusunun etil efiri 18,26 mq fenobarbital ,1,42 mq naə yağı vardır.

Köməkçi maddələr: stabilizator ,96 %-li etanol,təmizlənmiş su .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.