KSEFOKAM  RAPİD 8 MQ

KSEFOKAM RAPİD 8 MQ

3.90 AZN
yumru ,iki tərəfi qabarıq, ağ və ya sarı örtüklü tabletlər .
İstifadəsinə göstərişlər:
Müxtəlif mənşəli ağrı sindromunun qısamüddətli müalicəsi.  İltihabı və degenerativ revmatik xəstəliklər zamanı ağrı və iltihabın simptomatik müalicəsi .

Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Orta dərəcəli və nəzərəçarpan ağrı sindromunda 16 mq başlanğıc dozada daxilə təyin edilir,ehtiyac olduqda ilk 24 saat ərzində 16 mq-dan artıq olmamaqla əlavə doza qəbul etmək mümkündür ;sonra isə gündə 2 dəfə 8 mq dozada təyin edilir .Maksimal sutkalıq doza 16 mq .

Revmatik xəstəliklərdə doza və müalicə kursu fərdi təyin edilir.Orta doza xəstənin vəziyyətindən asılı olaraq 8-16 mq/sut.təşkil edir ;qəbuletmə tezliyi – gündə 2 dəfə;maksimal sutkalıq doza 16 mq 

Dəstəkləyici müalicə zamanı sutkada 2-3 dəfə 4 mq və ya sutkada 2 dəfə 8 mq təyin edilir .Maksimal sutkalıq doza 16 mq.Daxilə yeməkdən əvvəl maye ilə qəbul etmək lazımdır.

Təsiredici maddə: 1 tabletin tərkibində 8 mq lornoksikam vardır.

Köməkçi maddələr: kalsium stearat , hidroksipropilsellüloza, natrium-hidrokarbonat ,mikrokristallik sellüloza , bir əvəzli hidroksipropilsellüloza, kalsium hidrofosfat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.