MEGASEF-MEQASEF 500 mq

MEGASEF-MEQASEF 500 mq

12.21 AZN
açıq-sarı rəngli tozdur .Hazır dərman forması ağ rəngli tabletlərdir.
İstifadəsinə göstərişlər:

-  Yuxarı tənəffüs yollarının infeksiyaları ;
-  Qulaq-burun,boğaz infeksiyaları;
-  Kəskin bakterial orta qulağın otiti ;
-  Kəskin bakterial xəstəliklər ;
-  Kəskin bronxitin ikincili infeksiyaları və pnevmoniya ;
-  Dərinin və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları;
-  Sidik – cinsiyyət sisteminin ağırlaşmamış infeksiyaları ;
-  Süzənək :kəskin və ağırlaşmamış qonokokkal uretrit və servisit,Borrelia burgdorferi –nin törətdiyi Lyme xəstəliyinin erkən dövrü .

Əks göstərişlər:

Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Böyüklərə və 13 yaşdan böyük uşaqlara:

-  Faringit ,tonzilit və kəskin bakterial maksillar sinusitdə 10 gün müddətində gündə 2 dəfə 250 mq qəbul edilir.
-  Xroniki bronxitin kəskinləşməsi zamanı 10 gün müddətində gündə 2 dəfə 250 mq və ya 500 mq dozada qəbul edilir .
-  Kəskin bronxit zamanı əmələ gələn ikincili bakterial infeksiyalarda  5-10 gün müddətində gündə 2 dəfə 250 mq və ya 500 mq dozada qəbul edilir .
-  Dərinin və yumşaq toxumanın yüngül infeksiyalarında 10 gün müddətində gündə 2 dəfə 250 mq və ya 500 mq dozada qəbul edilir.
-  Sidik yollarının yüngül infeksiyalarında 7-10 gün müddətində gündə 2 dəfə 250 mq dozada qəbul edilir.
-  Laym xəstəliyinin erkən dövründə 20 gün müddətində gündə 2 dəfə 500 mq qəbul edilir.
-  Böyrək çatışmazlığı olan xəstələrdə sefuroksim-aksetilin təhlükəsizliyi və effekti sübut edilməmişdir.
-  Sefuroksim böyrək yolu ilə ifraz edildiyindən böyrək çatışmazlığı olan xəstələrdə yarım-parçalanma dövrü uzanır.

Saxlanma şəraiti:

15-30°C temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   

Reseptlə  buraxılır



Təsiredici maddə:hər tabletin tərkibində 500 mq sefuroksimə ekvivalent  miqdarda sefuroksim-aksetil vardır.

Köməkçi maddələr: titan 4 –oksid 


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.