NOLİSİN 400 MQ

NOLİSİN 400 MQ

6.12 AZN
hərəsində 10 tablet olmaqla 1 və ya 2 blister qutuda qablaşdırılır.
İstifadəsinə göstərişlər:

-  Sidik yollarının norfloksasinə qarşı həssas olan mikroorqanizmlər tərəfindən törədilən kəskin və xroniki infeksiyaları ;süzənək ,bakterial qastroenterit .
-  Həzm orqanlarının selektiv dekontaminasiyası və səyahətçilərdə diareyanın profilaktikası üçün .

Əks göstərişlər:

Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövrü .

Preparatı uşaqlara və boyatma mərhələsindəki yeniyetmələrə vermək olmaz ,çünki bu qrup insanlarda preparatın istifadəsinə dair təcrübə azdır və bu dövrdə oynaq qığırdaqlarının zədələnməsi ehtimalını tamamilə istisna etmək olmaz.

İstifadə qaydası və dozası:

Adi doza gündə 2 dəfə , hər dəfə 1 tabletdən ibarətdir.Sutkalıq maksimal doza 1600 mq-dır.Müalicə kursu adətən 7-10 gündür .

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptlə  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
Təsiredici maddə:1 örtüklü tabletin tərkibində 400 mq norfloksasin vardır.

Köməkçi maddələr:propilenqlikol,azoboya maddəsi E110 .


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.