ROVAMİSİN 3,0 MLN

ROVAMİSİN 3,0 MLN

13.73 AZN
3,0 mln BV doza : iki tərəfdən qabarıq formalı,  açıq sarı çalarlara malik ağ rəngdə, bir tərəfində ROVA 3  yazılmış girdə örtüklü tabletlər.
İstifadəsinə göstərişlər:
-  A qrupundan olan b-hemolitik streptokokklar tərəfindən törənən anginalar ;

-  Kəskin sinusit ;
-  Kəskin ikincili bronxial astma ;
-  Xroniki bronxitin kəskinlənşməsi ;
-  Dəri infeksiyalarının yüngül formaları : impetiqo, infeksiyalaşmış dermatozlar, ektima, infeksion dermato-sellülit, eritrazma ;

-  Stomotoloji infeksiyalar ;
-  Sidik-ifrazı yollarının qeyri-qonokok infeksiyaları ;
-  Hamiləlik dövründə toksoplazmoz;
-  Rifampisindən istifadə əks göstəriş olan hallarda meninqokokk meningitinin kimyəvi profilaktikası ;

-  Burun-udlaqdan Neisseria Meningidis mikroblarının eradikasiyası məqsədilə ;

Əks göstərişlər:
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Böyüklər :sutka ərzində 2 və ya 3 qəbula bölünmüş 6-9 milyon BV qəbul edilir .

Uşaqlar :sutkada  2 və ya 3 qəbula bölünmüş 10 kq kütləyə 1,5-3 BV olmaqla rovamisin qəbul edilir. Anginanın müalicəsi 10 gün ərzində davam etdirilir .

Meninqokokk meningitinin profilaktikası

Böyüklər : 3 milyon BV/12 saat ,uşaqlar :75000 BV/12 saat .Müalicə 5 gün ərzində davam etdirilir.Tabletlər bütöv şəkildə su ilə qəbul edilməlidir.


 

Təsiredici maddə: 1 tabletin tərkibində 1,5 mln və ya 3,0 mln BV spiramisin olur .

Köməkçi maddələr:  susuz kolloidal silisium 4 –oksid, maqnezium-stearat, jelatinləşdirilmiş qarğıdalı nişastası, hidroksipropilsellüloza, natrium kroskarmelloza, mikrokristallik sellüloza .

Örtüyü:titan 4 –oksid, makroqol 6000, hipromelloza .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır