SERTOQAMMA-SERTOGAMMA

SERTOQAMMA-SERTOGAMMA

10.04 AZN
5 ədəd tünd rəngli şüşə ampul.
İstifadəsinə göstərişlər

sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin və sindromlarının kompleks müalicəsinin tərkibində patogenetik və simptomatik vasitə kimi :

-  Polineyropatiya ;

-  Nevrit və polinevrit ,o cümlədən retrobulbar nevrit ;

-  Periferik parezlər ,o cümlədən üz sinirinin ;

-  Nevralgiya ,o cümlədən üçlü sinirin və fəqərəarası sinirlərin ;

-  Ağrı sindromu ;

-  B1 və B6 ,həmçinin B12 vitaminlərinin isbat olunmuş çatışmazlığı nəticəsində yaranan sistem nevroloji xəstəliklər .

Əks göstərişlər:

-  Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

-  Dekompensə olunmuş ürək çatışmazlığı .

İstifadə qaydası və dozası:

Preparat əzələdaxili dərinə inyeksiya üçün nəzərdə tutulmuşdur.

Ağır hallarda və kəskin ağrılarda gündə 1 dəfə 2 ml ;

Kəskinləşmə aradan qalxdıqdan sonra,həmçinin xəstəliyin yüngül formalarında həftədə 2-3 dəfə 2 ml .

Müalicə müddəti xəstəliyin ağırlığından asılı olaraq müəyyən edilir.


.
 
1 ampul preparatın tərkibində vardır:

Təsiredici maddələr:tiamin hidroxlorid 100 mq ,piridoksin hidroxlorid 100 mq ,sianokobalamin 1 mq ,lidokain hidroxlorid 20 mq .

Köməkçi maddələr:benzil spirti ,kalium heksasianoferrat (III),natrium heksametafosfat ,natrium-hidroksid, inyeksiya üçün su .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.