SİRDALUD 2 MQ

SİRDALUD 2 MQ

12.13 AZN
2 mq: ağ rəngdə, yastı, yumru, kənarları kəsik, bir tərəfində bölmə xətti, bir tərəfində isə OZ yazısı olan tabletlər .
İstifadəsinə göstərişlər:
Ağrılı əzələ spazmı :
-  Onurğanın statik və funksional xəstəlikləri ilə əlaqədar olan (boyun və bel sindromları);
-  Cərrahi müdaxilədən sonra, məsələn onurğaarası diskin yırtığı və ya bud-çanaq oynağının osteoartrozu ;
-  Nevroloji xəstəliklər zamanı skelet əzələlərinin spazmı ; dağınıq skleroz,  xronik mielopatiya, onurğa beyinin degenerativ xəstəlikləri, beyin qan dövranı pozğunluğu və serebral iflic.

Əks göstərişlər:
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Böyüklərdə gündə 1 dəfə 2-4 mq təyin edilir .Ağır hallarda yuxudan əvvəl əlavə 2-4 mq qəbul etmək olar.

Nevroloji pozğunluqlarda:başlanğıc doza 3 qəbula bölünmüş 6 mq-ı keçməməlidir.

Dozanı 3-4 gündən 7 günə qədər intervalla 2-4 mq-a qədər artırmaq olar.Adətən optimal terapevtik effektə gündəlik doza 3 və ya 4 qəbula bölünmüş 12-24 mq-a qədər olduqda nail olunur.Gün ərzində doza 36 mq-ı keçməməlidir .

Uşaqlarda dərman vasitəsinin tətbiqi təcrübəsi məhduddur .Uşaqlara təyini məsləhət deyil .

Yaşlılarda tətbiqi təcrübəsi məhduddur.

Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq və ya 4 mq tizanidinə ekvivalent miqdarda tizanidin-hidroxlorid vardır.

Köməkçi maddələr: susuz kolloidal silisium 4-oksid, stearin turşusu, mikrokristallik sellüloza, laktoza .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.