TAXİME –TAKSİM 1 Q

TAXİME –TAKSİM 1 Q

4.49 AZN
1 ədəd flakon toz və həlledici ampul karton qutuda qablaşdırılır.
İstifadəsinə göstərişlər:
respirator infeksiyalar, o cümlədən ağır və xroniki bronxitlər, bakterial pnevmoniya, ağ ciyərlərin abssesi, sidik sisteminin infeksiyaları, o cümlədən ağır və xroniki pielonefrit, sistit və simpto-matik bakteriuriya, sellülit, qızılyel, peritonit, absseslər  və yara infeksiyaları kimi yüngül toxuma infeksiyaları ;

Osteomielit, bakterial artrit kimi osteoartikulyar infeksiyalar ;

Mamalıq və ginekoloji infeksiyalar ,o cümlədən böyrək ləyənlərinin yüngül iltihabı xəstəlikləri ;
-  Süzənək ;
-  Septisemiya və meningit də daxil olmaqla digər infeksiyalar. 

Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
orqanizmə parenteral yolla yeridilir. Preparatın dozası və orqanizmə yeridilmə yolu mikro-orqanizmlərin preparatın təsirinə qarşı həssaslığından ,infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq müəyyən edilir. 

Yenidoğulmuşlar üçün sutkalıq doza bədən kütləsinin hər kq-na 50 mq olmaqla gündə 2-4 dəfə yeridilir.

Preparatı həll etmək üçün yalnız inyeksiya üçün su istifadə olunmalıdır.

Uşaqlar üçün :sutkalıq doza bədən kütləsinin hər kq-na 100-150 mq olmaqla gündə 2-4 dəfə əzələdaxilinə və ya venaya yeridilir .

Maksimal doza gündə 3-4 dəfə əzələdaxili inyeksiya üçün 200 mq/kq/b.k.

Böyüklər üçün gündə 2 dəfə ,hər dəfə 1-2 q əzələdaxili və ya venadaxili inyeksiya .

Gündəlik maksimal doza :12 q (3-4 dəfəyə).

Əzələdaxili :4 ml inyeksiya üçün su (40 mq lidokainlə) taksim flakonuna (1 q) əlavə edilir, çalxalanır və şprisə çəkilərək sona qədər əzələnin dərin qatına yeridilir. Preparat tərkibində lidokain olan  həlledicidə həll edildikdə onu venaya yeritmək olmaz!

Venadaxili :4 ml inyeksiya üçün su taksim flakonuna (1q) əlavə edilir, çalxalanır və şprisə çəkilərək tədricən venaya yeridilir və ya damcı infuziya üsulu ilə 20-60 dəq müddətində venaya yeridilir .

 

Taksim 1 q yalnız əzələdaxili istifadə üçün:

Təsiredici maddə: 1 flakonda 1 q sefotaksimə ekvivalent olan 1,048 q sefotaksim-natrium vardır.

Köməkçi maddələr:1 ədəd 4 ml-lik ampulda 40 mq lidokain (1%-li) və 4 ml -ə qədər həlledici inyeksiya üçün su vardır.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.