UNİDOX SOLUTAB – YUNİDOKS SOLYUTAB 100 mq

UNİDOX SOLUTAB – YUNİDOKS SOLYUTAB 100 mq

9.90 AZN
yumru, iki tərəfli qabarıq, açıq sarı və ya qəhvəyi əlavələrlə boz-sarı rəngində tabletlər. Bir tərəfində 173 basma nişanı, digər tərəfin üzərində xətt vardır.
İstifadəsinə göstərişlər:
-  Tənəffüs yollarını infeksiyaları;
-  BBQ orqanların infeksiyaları;
-  Sidik-cinsiyyət sisteminin infeksiyaları;
-  Mədə-bağırsaq traktın və ödçıxarıcı yolların infeksiyaları;
-  Dəri və yumşaq toxumaların infeksiyaları;
-  Digər xəstəliklər .
-  əməliyyatdan sonrakı irin ağırlaşmalarının profilaktikası .

Əks göstərişlər:
-  tetrasiklinlərə qarşı yüksək həssaslıq ;
-  hamiləlik ;
-  laktasiya ;
-  8 yaşa qədər uşaqlar ;
-  Qaraciyər və böyrək funksiyasının ağır pozulmaları ;
-  Porfiriya .

İstifadə qaydası və dozası:
müalicənin davametmə müddəti adətən 5-10 gün təşkil edir.Tabletlər bir qədər suda həll edilərək qəbul edilir .Bütöv udmaq,çeynəmək və ya hissələrə bölüb qbul etmək də olar.Yuxudan bilavasitə əvvəl qəbul etmək olmaz.

Böyüklərə və bədən kütləsi 50 kq-dan artıq olan 8 yaşdan yuxarı uşaqlara müalicənin birinci günü 200 mq (1-2 dəfə qəbul üçün), sonra isə hər gün 100 mq təyin edilir. Ağır infeksiyalar zamanı yunidoks hər gün 200 mq dozada müalicə davam etdiyi bütün müddət ərzində təyin edilir.
Bədən kütləsi 50kq-a qədər olan 8-12 yaş uşaqlar : orta sutkalıq doza birinci gün 4 mq/kq ,sonra isə gündə 2 mq/kq (1-2 dəfə qəbul üçün) Ağır infeksiyalar zamanı yunidoks hər gün 4 mq/kq dozada müalicə davam etdiyi bütün müddət ərzində təyin edilir.

Başqa xəstəliklər zamanı, xəstəliyə, xəstəyə, infeksiyanın ağırlığına, yaş dövrünə baxaraq fərdi doza təyin edilir .

 

Təsiredici maddə: 100,0 mq doksisiklin monohidrat, doksisiklinə yenidən hesabla .

Köməkçi maddələr: mikrokristallik sellüloza, saxarin, hiproloza, hipromelloza, kolloidal silisium 4-oksid, maqnezium stearat, laktoza monohidrat .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.