Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

AZOKSİN 200 mq/5 ml

6.20 AZN
AZOKSİN 200 mq/5 ml
İstifadəsinə göstərişlər:həssas mikrofloranın törətdiyi yüngül və orta ağrılı infeksion-iltihabi xəstəliklər zamanı istifadə edilir.
-  Aşağı tənəffüs yollarının infeksiyaları;
-  Yuxarı tənəffüs yollarının infeksiyaları ;
-  Dəri və yumşaq toxumaların infeksiyaları;
-  Cinsi yolla ötürülən infeksiyalar ;
-  Ginekoloji infeksiyalar .
Əks göstərişlər:Makrolidlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:Qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilir .
Böyüklər : Ağ ciyərin xronik obstruktiv xəstəliklərinin kəskin bakterial infeksiyaları ,pnevmoniya,faringit  və tonzilit,dəri və yumşaq toxumaların fəsadlaşmamış infeksiyaları zamanı I gün 500 mq (12,5 ml) ,sonrakı II-V günlər 250 mq gündə 1 dəfə təyin edilir .
Süzənək zamanı birdəfəlik 2 q-lıq dozada təyin edilir.
Uşaqlar :kəskin orta otit zamanı məsləhət görülən doza birdəfəlik 30 mq/kq və ya 3 gün 10 mq/kq və ya 5 gün,onlarda I gün 10 mq/kq .II-V günlər 5 mq/kq .
Streptokokk mənşəli faringit : 5 gün 12 mq/kq .
Toz olan flakonu açdıqdan əvvəl onu 2-3 dəfə silkələyin .
Şəffaf plastik flakondakı suyu toz olan flakona əlavə edin .
Flakonu yaxşı çalxalayın .
Hər istifadədən əvvəl flakonu çalxalayın.
Saxlanma şəraiti:30°C-dən aşağı temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Reseptlə buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Tərkibi :
Təsiredici maddə:su ilə hazırlanan suspenziyanın hər 5 ml-də 200 mq azitromisinə uyğun azitromisindihidrat vardır.
Köməkçi maddələr:saxaroza,natrium saxarin ,banan və moruq aromatizatorları .