BETADİN ŞAM

BETADİN ŞAM

8.02 AZN
200 ml-lıq 7 vaginal suppozitoriya
İstifadəsinə göstərişlər:

Kəskin və xroniki vaginal infeksiyalar (kolpit), qarışıq infeksiyalar, qeyri-spesifik infeksiyalar (bakterial vaginoz gardenerella vaginalis), göbələk infeksiyaları, antibiotiklərlə və steroid preparatlarla müalicədən sonra yaranan vaginal infeksiyalar, trixomoniaz.

Doza həddinin aşılması:

Əhəmiyyətli miqdarda yodun sorulması zamanı ur, qalxanabənzər vəzinin funksiyasının yüksəlməsi və ya aşağı düşməsi inkişaf edə bilər.

Yodun sorulması çoxsaylı arzuolunmaz effektlər törədə bilər: ağızda metal dadı, ağızsuyu ifrazının artması, ağızda və ya udlaqda yanğı hissi, ishal, tənəffüsün çətinləşməsi, ağciyərlərin ödəmi, maddələr mübadfiləsinin pozulması (metabolik asidoz və qanda natriumun miqdarının yüksəlməsi), böyrək funksiyalarının pozulması.

Doza həddinin aşılmasına şübhəniz olarsa, dərhal həkimə müraciət edin.


İstifadə qaydası:

Preparat yerli vaginal istifadə üçündür.

Betadin preparatı örtüyündən çıxarılır və diqqətlə nəmləşdirirlikdən sonra uşaqlıq yoluna dərinə yeridilir.

Suppozitoriyaların su ilə nəmləşdirildikdən sonra uşaqlıq yoluna dərinə yeridilir.

Suppozitoriyaların su ilə nəmləndirilməsi aktiv maddənin maksimal çıxmasını təmin edir və yerli qıcıqlanmadan qaçmağa kömək edir.

Əgər müalicə müddətində menstruasiya baş verərsə müalicəni təyin olunmuş vaxt ərzində fasiləsiz olaraq davam etdirmək lazımdır.

Povidon-yod

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.