DELTİMOR GEL 50 q

DELTİMOR GEL 50 q

20.30 AZN
Deltimor gel 50 q
İstifadəsinə göstərişlər:
-Radikulopatiyalar;
-Lümbalgiya lümboişalgiya;
-Miozit;
-Reaktiv sinovit;
-Vətərlərin bağların və əzələlərin dartılma və dağılması;
-Serebral iflic olan uşaqlarda əzələ kontrakturaları;
-Ankilozlar;
-Podaqra;
-Limfangit;
-Tromboflebit.;

İstifadə qaydaları: zədələnmiş nahiyənin dərisinə yüngül massaj hərəkətləri ilə 0,5 q gel ( noxud böyüklüyündə) gündə 2-3 dəfə istifadə olunur.

Bişofit (Bishofitum) – 60 mq, ağ şam yağı (Oleum Abietis) – 10 mq, istiotlu nanə yağı ( Oleum Menthaepiperitae) – 5 mq, xəndəkotu ekstraktı ( Extractum Symphytis)- 50 mq, dimeksid ( Dimexidum) – 60 mq.

Farmokoloji xüsusiyətləri:
Bişofit- milyon il əvvəl qurumuş Perm dənizinin duzlarının kiristallizasiyasından alınan mineraldır. Kimyəvi tərkibinə  görə Ölü dənizin duz və mikroelementlərinə yaxındır. Bişofit uzunmüddətli iltihabəleyhinə təsir göstərir.

Dimetilsulfoksid- antiseptik, antibakterial təsir göstərərk iltihabı, ödemi və ağrını aradan qaldırır, aktiv maddələrin dərinin daha dərin qatlarına keçməsini təmin edir.

Ağ şam ağacı yağı- yüngül isidici, tonuslandırıcı və bakterisid təsir göstərir. Müxtəlif iltihab proseslər və xəstəliklərdə ( osteoxondroz, ürək çatmamazlığı, revmatizm, pnevmoniya və.s) effektiv istifadə olunur.

İstiotlu nanə yağı- tərkibinə daxil olan mentol qıcıqlanmış dəridə qan dövranını yaxşılaşdırır, sərinləşdirici təsir göstərərək qaşınmanı aradan qaldırır, toksinləri orqanizmdən kənarlaşdırır. İstiotlu nanə yağı sakitləşdirici, spazmolitik, ağrıkəsici və iltihabəleyhinə təsir göstərir, ürək qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır.

Xəndəkotu ekstrakrı-antibakterial, ağrıkəsici təsir göstərir toxumların regenerasiyasını yaxşılaşdırırş Toxumlardfa (əsasən də sümük toxumasında ) bərpa proseslərini stimulə edir. Çıxıq çətin sağalan yaralarda ödemlərdə və müxtəlif zədələnmələrdə təyin olunur, oynağın funksiyalarını bərpa edək tam hərəkətliliyini təmin edir.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.