FEBROFID 30 q

FEBROFID 30 q

4.39 AZN

Rəngsizdən açıq-sarıya qədər rəngdə gel, şəffaf və yaxud yüngülopallessensiya edən.

İstifadəsinə göstərişlər:
Simptomatik müalicə zamanı ağrıkəsici və iltihabəleyhinə vasitə kimi yerli istifadə olunur:
-onurğa sütununda ağrılar, nevralgiyalar, mialgiyalar;
-sümük-dayaq sisteminin iltihabi-degenerativ xəstəlikləri ( o cümlədən artirt, bursit, sinovit,  tendinit, lümbaqo);
-fəsadlaşmış travmalar, xüsusilə idman travmaları, çıxıqlar, gərilmələr, bağların və vətərlərin yırtılması, posttravmatik ağrılar və zədələr;
-damarların (flebit, periflebit ), limfa damarlarının, limfa düyünlərinin (limfangiit, limfadenit) iltihabı zamanı kompleks terapiya daxilində.

Əks göstərişləri:
-ketoprofen və ya dərman vasitəsinin tərkibindəki digər maddələrə qarşı yüksək həssaslıq;
-digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək həssaslıq;
-ekzema eksudativ dermatoz, yanıqlar, infeksiyalaşmış xorlar;
-hamiləlik dövrünün sonuncu trimestri, laktasiya dövrü;
Ketoprofen asetilsalisil turşusuna və digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək həssaslığı olan xəstələrdə bronxospazm yarada bilər.

İstifadə qaydası və dozası:
Xaricə istifadə olunur. Qelin bir qədərini (2-3 sm) gündə 2-3 dəfə ağrıyan hissədə dəriyə çəkin və yüngül hərəkətlə dəriyə hopdurun. Geli çəkəndən sonra ağrıyan hissənin üstünü bağlıamağa ehtiyac yoxdur, gel dəriyə yaxşı sorulur iysizdir və tərkibində rəngləyici maddələr yoxdur, dəridə və paltarlarda yağ izi qoymur.

Təsiredici maddələr: 100 qgelin tərkibində 2,5 q ketoprofen lizin turşusu vardır

Köməkçi maddələr:polietilenqlikol 200, metilhidroksibenzoat, propilhidroksibenzoat, karbomer,trietanolamin, təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.