Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FASTUM GEL

4.39 AZN
FASTUM GEL
İstifadəsinə göstərişlər:
Fastum gel revmatik və ya travmatik  mənşəli əzələ sümük və ya oynaq ağrılarının yerli müalicəsində istifadə olunur: məsələn, zədələnmələr, bağların dartılması,

əzəlkə dartılması, boyun əzələsinin rigidliyi, lümbaqo.

Əks göstərişləri:
Aşağıdakı hallarda Fastum gel-i istifadə etmək olmaz
-Əgər keçmişdə sizdə ketoprofenə tiaprofen turşusuna, fenofibrata, UB-şüalara və ya ətriyyat məhsullarına qarşı dəri təzahhürlü allergiya baş vermişdirsə.

-Əgər keşmişdə sizdə fotosensibilizasiya reaksiyaları baş vermişdirsə.

-Əgər sizdə təsiredici maddəyə (ketoprofenə) və ya Fastum gel-in komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq ( allergiya) varsa ( bütün komponentlərin siyahısı üçün “Tərkibi” bölməsinə baxın).

-Əgər sizdə asetilsalisil turşusuna, digər QSİƏP-ə ( məs. ibuprofenə) və ya ağrını azaltmaq və ya iltihabı aradan qaldırmaq üçün azaltmaq və ya hansı preparata qarşı yüksək həssaslıq varsa.

-Allergiya simpotomlarına fitverici tənəffüs ( astma), burundan ifrazatın artması (rinit) və ya qaşınan səpgi ( övrə) aiddir.

-Gellə müalicə zamanı və müalicənin dayandırılmasından sonra 2 həftə müdedətində dərinin preparatın sürtüldüyü nahiyəsi günəş şüalarının və ya solyarilərin UB-şüalarının təsirnə məruz qalmamalıdır.

İstifadə qaydası və dozası:
Fastum gel-i aşağıdakı təlimata uyğun şəkildə istifadə etmək lazımdır.

-Tub qapağı açıb onun əks tərəfində olan tiyə ilə alümininum membranı deşmək lazımdır.

-Nasos tipli dozator ilk istifadə zamanı gel görünən qədər dozatorun qapağını və ya tubun əsasını b ir neçə dəfə sıxmaq lazımdır. İstifadə zamanı dozatoru üfüqi vəziyyətdə tutmaq tövsiyə olunur.

5-10 sm uzunluqda gel zolağı çıxarın və ya dozatorun qapağını 2 dəfə sıxın (2 q). Bu miqdarda geli geündə 1-3 dəfə zədələnmişnahiyəyə sürtmək lazımdır.

Təsiredici maddə: 100 q gelin tərkibində 2,5 qketoprofen vardır.

Köməkçi maddələr: karbomer, etil spirit, nerol yağı,lavandin yağı, trietanolamin, təmizlənmiş su.