KLOBEST 0.05%

KLOBEST 0.05%

8.68 AZN

Ağ rəngli homogen məlhəm.

İstifadəsinə göstərişlər:

Psoriaz ( yayılmış səpkili psoriaz istisna olmaqla), kəskin dermatoz, liken planus (qırmızı yastı dəmrov), diskorid lupus erythematosus (eritematoz diskoid qurdeşənəyi) və digər steroidlərin zəif təsir göstərdiyi hallarda.

Əks göstərişlər:

-Klobetazol və ya preparatıən tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq
-Sızanaqlar (Acne Vulgaris) və perioral dermatit
-Rosacea (çəhrayı sızanaqlar)
-Perianal və genital qaşınma və ya dəri virus infeksiyaları (məs. sadə herpez suçiçəyi dəri vərəmi aktinomikoz və.s)
-Müalicə edilməmiş dəri infeksiyaları.

İstifadə qaydası və dozası:

KLOBEST məlhəmi nəm dəriyə çəkilməsi məsləöhət görülmür.
KLOBEST məlhəm dərinin zədələnmiş nahiyəsinə gün ərzində b ir və ya iki dəfə çəkilir. Pasienti n vəzyyətinə təkrar nəzarət etmədən müalicəni 4 həftədən artıq davam etdirmək olmazş Xəstəliyin kəskinləşməsi halında KLOBEST məlhəm ilə qısa müddətli müalicəni davam etdirmək olar. Steroidlərlə uzun müddətli müalicəyə ehtiyac olduğu hallarda nisbətən zəif aktivliyə malik olan preparatlar istifadə olunmalıdır. Hər istifadə zamanı istifadədən öncə yumuşaldıcı vasitənin tam sorulmasını gözləmək lazımdır.

Təsiredici maddə: Hər 1 qr məlhəmin tərkibində 0,5 mq klobetazol 17-propionat vardır.


Köməkçi maddələr: setostearil spirti, qliseril monostearat, aracel 165 (qliseril və PEG-100 stearat), sarı bal mumu, propilen qlikol, xlorokrezol, natrium-sitrat, sitrik turşusu monohidrat, təmizlənmiş su

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.