LİOTON 1000

LİOTON 1000

8.99 AZN
20 q, 30 q, 50 q və ya 100 q gel tublarda.
İstifadəsinə göstərişlər:
Səthi venalarin xəstəliklərinin məsələn, venaların genişlənməsi və bununla əlaqədar ağırlaşmaların, flebotrombozun tromboflebitin, səthi periflebitin, trofik xoraların müalicəsi. Əməliyyatdan sonrakı varikoflebit, aşağı ətrafda böyük dərialtı venanın xaric etdikdən sonra ağırlaşmalar. Travma və əzilmələr; infiltratlar və lokalizəolunmuş ödemlər; dərialtı  qansızmalar; əzələ-vətər və kapsul-birləşdirici strukturların əzilməsi və travması.

Əks göstərişlər:
Heparinə qarşı və ya preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq olduğu hallarda Lioton 1000 gel istifadə olunmur.

İstifadə qaydası və dozası:
Zədələnmiş dəri səthinə gündə 1-3 dəfə 3-10 sm gel yaxılır və ehtiyatla sürtülür. Uşaqlarda preparatın istifadəsi üzrə təcrübə az olduğu üçün və müayinələrdən əldə edilmiş məlumat preparatın istifadəsi üzrə təcrübə az olduğu üçün müayinələrdə əldə edilmiş məlumat kifayət qədər olmadığı səbəbdən bu preparatı uşaqların müalicəsu üçün istifadə etmək olmaz.

Təsiredici maddə: 100 qgelin tərkibində 100 000 BV heparin vardır

Köməkçi maddələr: karbomer940, metil-p-hidroksibenzoat, propil-p-hidroksibenzoat, nerol yağı (narıncıgüllərin yağı), lavanda yağı, etil spirti, trietanolamin, su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.