NAPROFF 10 %/45 q

NAPROFF 10 %/45 q

5.60 AZN

Qızılgül ətirli, eynicinsli şəffaf, və ya açıq opala rəngsiz gel.

İstifadəsinə dair göstərişlər:
Müxtəlif mənşəli ağrı və iltihab prosedslərin in simptomatik terapiyası o cümlədən;
-revmatoid artirti və periartrit;
-ankiloz spondilit (Bexteryev xəstəliyi);
-psoriatik artrit;
-müxtəlif lokalizasiyalı osteoartroz;
-tendinit bursit;
-mialgiyalar;
-nevralgiyalar;
-radukilit, lumbaqo, işias;
-dayaq-hərəkət aparatının (o cümlədən idman) travmaları, zədələr, əzilmələr, bağların və vətərlərin qırılması.

İstifadə qaydası və dozası:
Naproff gelini caricə qəbul edirlər. Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda
Naproff gelinigündə 2-4 dəfə istifadə edirlər. 4 sm qədər gel zolağını dəri səthinə çəkirlər və yüngülcə yeridirlər. İstifadə edilən preparatın miqdarı ağrı zonasının ölçüsündən asılıdır. Preparatı çəkdikdən sonra əlləri yumaq lazımdır. Müalicə müddəti göstərişlərdən və terapiyanın effektivliyindən asılıdır.Yumşaq toxumalar zədələndikdə və ya yumşaq toxumaların revmatik xəstəliklərində preparatdan 7 gendən çox və ya revmatoid artritində və ya deformasiyaedici osteartrozda (həkim başqa müalicə sxemi təyin etməyibsə) 4 həftədən çox ardıcıl olaraq istifadə etmək olmaz. Əgər 7 gün ərzində müsbət klinik dinamika müşahidə olunmazsa və ya vəziyyət pisləşərsə, həkimə müraciət etmək lazımdır.

Əks göstərişləri:
-preparatın komponentlərinə asetilsalisil turşusuna və ya digər QSİƏP qarşı yüksək həssaslıq;
-dəri örtüklərinin tamlığının pozulması;
-hamiləliyin 3-cü trimestri;
-3 yaşa qədər uşaq dövrü.

1 q gelin tərkibində

Təsiredici maddə: naproksen(naproksen natrium formasında) 100 mq

Köməkçi maddələr:hidroksietilsellüloza, etanol 96 %, propilenglikol, metilparahidroksibenzoat,qızılgül yağı, təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.