Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PANADOL BABY (ŞAM)

4.39 AZN
PANADOL BEYBİ (ŞAM)
İstifadəsinə göstərişlər:

Yüngül və orta dərəcəli ağrının və ya yüksək qızdırmanın simtomatik müalicəsi. Uşaqlar üçün Panadolun 125 mq-lıq şamları 6 aylıqdan 18 aylığadək olan uşaqlarda (bədən çəkisi 7 kq-dan 10 kq-dək olan) aşağıdakı hallarda qızdırmasalıcı vasitə kimi istifadə olunur.
-soyuqdəymə xəstəliklərində
-qiripdə
-uşaq yolxucu xəstəliklərində (suçiçəyi, məxmərək, göyöskürək, qızılca, skarlatina, epidemik parotit (xanəzir))
-peyvənddən sonra
-Aşağıdakı hllarda ağrıkəsici kimi təsir göstərir
-dişlərin çıxmasın
-diş ağrısı
-otit zamanı qulaq ağrıları
-boğaz ağrılar

Əks göstərişləri:

-Parasetamol və ya preparatın istənilən digər inqerdiyentinə qarşı yüksək həssaslıq
-Qaraciyər və ya böyrəklərin funksiyasının ağır pozuntuları
-Qan xəstəlikləri
-Qlükozo-6-fosfatdehidrogenaza fermentinin genetik mövcud olmaması
-düz bağırsağın yaxınlarda keçirilmiş iltihabı və ya qanaxması
-6 aylığa kimi körpəlik dövrü.

İstifadə qaydası və dozası:

Preparat rektal istifadə olunur. Əllərinizi yuyun və şamı plastik təbəqədən azad edin. Şamı şəhadət barmağı ilə ehtiyatla uşağın gödəninə (anusuna) yeridin (yaxşı olar ki təmizləyici imalədən və ya bağırsaq öz-özünə boşaldıqdan sonra yeridilsin). Uşağın böyrü üstə qoyub bir ayağını qarınına sıxsanız şamı yeritmək asan olar. Uşaqlar üçün Panadol şamlarının orta dozası uşağın bədən çəkisindən asılı olur və sutkada 3-4 dəfə hər 4-6 saatdan bir 10-15 mq\kq bədən çəkisi təşkil edir. Maksimum sutkalıq doza 60 mq\kq bədən şəkisindən artıq olmamalıdır.
 Bədən şəkisi 7 kq-dan 10 kq-dək (yaşı 6 aydan 18 ayadək) olan uşaqlarda zərurət yarandıqda 6 saatlıq gözlənilməklə 1 şam (125 mq) yeridilir. Sutka ərzində 4 şamdan artıq tətbiq etmək olmaz.

Təsiredici maddə: 1 şamın tərkibində125 mq parasetamol vardır.

Köməkçi maddələr: bərkyağlar