Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TENSIKEY COMPLEX

8.47 AZN
TENZİKEY
İstifadəsinə göstərişlər:
-Hipertrenziya (yüksək qan təzyiqi);
-Simptomatik ürək çatışmazlığı;
-Kəskin miokard infaktının qısamüddətli müalicəsi;

-Hipertenziyalı xəstələrdə 2-ci tip diabet nəticəsində yaranan böyrək çatışmazlığı.

Əks göstərişləri:
Lizinoprilə, olunan eyni qrupdan olan dərman vasitələrinə (AÇF-in inhibitorları) və preparatın tərkibində olan hər hansı komponentə qarşı allergiya.

Əvvəllər lizinoprillə eyni qrupdan olan preparatınların (AÇF-in inhinitorları) qəbulu zamanı əllərin, ayaqların, ovucun, sifətin, dodaqların, dilin və\və ya udlağın şişməsinə, udqunmanın və tənəffüsün çətinləşməsinə səbəb olan allergik reaksiyalar baş vermiş və ya oxşar reaksiyalar ailə üzvilərindən hər hansı birində meydana çıxmışsa. Hamiləlik.

İstifadə qaydası və dozası:
Həkim tərəfindən başqa göstərişlər olmazsa Tenzikeyin qəbulu zamanı aşağıdakı göstərişlərə əməl etmək lazımdır.

Preparatın vaxtında qəbul edilməsi yaddan çıxmamalıdır.

Həkim preparatın gündə neçə tablet və hansı müddətə qəbul olunması barədə göstəriş verəcəkdir. Müalicəni həkimin müəyyən etdiyi vaxtdan əvvəl dayandırmaq olmaz.

Böyüklər üçün;
Arterial hipertenziya Tövsiyə olunan adi başlanğıc doza gündə 1 dəfə 10 mq təşkil edir. Adi uzunmüddətli doza gündə 1 dəfə 20 mq
Simptomatik ürək çatışmazlığı;

Tövsiyə olunan adi başlanğıc doza gündə 1 dəfə 2.5 mq təşkil edir.

Adi uzunmüddətli doza gündə 1 dəfdə 5 mq maksimum 35 mq

Kəskin miokard infarktı;
Tövsiyə olunan adi başlanğıc doza infarktdan sonrakı birinci və ikinci gün gündə 1 dəfə 5 mq sonrakı günlər 10 mq təşkil edir.

Diabet nəticəsində böyrəklərdə fəsadlar baş verdikdə;

Adi doza gündə 1 dəfə 10 mq və ya 20 mq-dır

Təsiredici maddə: hər tabletin tərkibində 20 mq lizinopril vardır (lizinopril dihidrat şəklində)

Köməkçi maddələ: mannitol, kalsium-fosfat, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, maqnezium-stearat.