TRİDERM KREM

TRİDERM KREM

9.32 AZN

Yumşaq konsistensiyalı, ağ və ya demək olar ki, ağ rəngli, tərkibində kənar qarşılıqlar olmayan bircinsli kremdir.

İstifadəsinə göstərişlər:

Triderm bakteriyaların və\və ya göbələklərin törətdiyi  infeksiyalar artıq mövcud olduğu, yaxud yaranması təhlükəsi olduğu halda kortikosteroidlər ilə terapiyaya həssas dermatozların müalicəsi üçün göstərişdir. Hər şeydən əvvəl preparat xəstəliyin sulanan mərhələlərində istifadəsi üçün uyğundur.

Əks göstərişləri:

Dəri infeksiyaları (virus bakterial o cümlədən vərəm həmçinin göbələk mənşəli), vaksinlərə qarşı reaksiyalar dəri xoraları və akne yerli istifadə üçün nəzərdə tutlmuş kortikosteroidlərin istifadəsi üçün əks göstərişdir. Rozasea və ya perioral dermatit yarandıqda məlhəmin üz nahiyəsinə sürtülməsindən imtina etmək lazımdır.
Preparatın təsiredici maddəlkərdən və ya köməkçi maddələrdən hər hansı birinə digər aminoqlikozid antibiotiklərə (gentamisinə qarşı çarpaz allergiya ) və ya imidazol törəmələrinə (klotrimazola qarçı çarpaz allergiya ) qarşı yüksək həssaslıq.
Triderim okklüzion sarğı altında istifadə üçün nəzərdə tutlmayaıb.
Triderim selikli qişalara, gözətrafı dəriyə və ya göz yaxınlığındakı sahələrə sürtmək olmaz.

İstifadə qaydası və dozası:

Yeniyetmələr və böyüklər;
Gündə 2 dəfə (səhər və axşam) dərinin zədələnmiş sahələrinə nazik qat şəklində çəkmək və yüngülcə sürtmək lazımdır bu zaman həm bütün zədələnmiş sahəni, həm də onu əhatə edən sağlam dəri səthini əhatə etmək lazımdır.Müalicə müddəti həm kliniki baxışın, həm də mikrobioloji müayinələrin nəticələrdindən, həmçinin müalicəyə cavabdan aılıdır.
Pəncənin mikozu zamanı daha uzunmüddətli (2-4 həftə) müalicənin lazım olması nəzərdən keçirlməlidir.
2 yaşdan 12 yaşa qədər uşaqlar;
Az miqdarda kremi yalnız zədələnmiş dəri sahəsinə çəkmək və ehtiyatla sürtmək lazımdır. Gündə iki dəfədən çox olmayaraq, kremin sürtülməsi arasında minmum 6-12 saat fasilə etməklə istifadə etmək lazımdır. Kremi üzə, boyuna, baş dərisinə, cinsi orqanlar nahiyəsinə, rektal nahiyəyə və dərinin  intertriginoz sahələrinə həkim nəzarəti altında çəkmək lazımdır. Müalicə müddəti 5-6 günlə məhdudlaşdırılır.

Təsiredici maddə: 1 q kremin tərkibində 0.5 mq betametazon ( 0,643 mq betazmetazon dipropinat şəklində),10 mq koltrimazol və 1,0 mq gentamisin ( gentamisin sulfat şəklində ) vardır

Köməkçi maddələr: duruparafin, ağ yumşaq parafin, setostearil spirti, propilenqlikol, makroqolsetostearil efiri 20-22, benzil spirti, natrium dihidrofosfat dihidrat, fosfat turşusu, natrium-hidroksid, təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.