VİPROSAL B 30 q

VİPROSAL B 30 q

4.26 AZN

Ağ və ya zəif sarımtıl çalarlı ağ rəngli, kamfora və skipidar iyli məlhəm.

İstifadə qaydası və dozası:
Ənənəvi olaraq sinir və oynaq ağrılarında ağrıkəsici vasitə kimi xaricə istifadə olunur.

Əks göstərişləri:
Məlhəmin komponentlərinə qarşı dərinin yüksək həssaslığı, xoralar və digər dəri xəstəlikləri, ağ ciyərlərin kəskin vərəmi, beyin  və tac-damar qan dövranının pozğunluqları, angiospazmaların yaranmasına meyillik, böyrəklərin və qaraciyərin ağır funksional pozğunluqları. Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.

İstifadə qaydası və dozası:
Xaricə. Ağrının intensivliyində asılı olaraq ağrı itənə qədər gündə 2 dəfə ağırlınahiyəyə kiçik hissələrlə 5-10 q (1-2 çay qaşığı) məlhəm qoyulur və dəriyə sürtülür. Kursun müddəti xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılıdır. Ahıl yaşlı pasiyentlər. Ahıl yaşlı insanların başqa dozalanmaya ehtiyacının olması barədə məlumat yoxdur. Uşaqlar-İstifadəsi tövsiyə olunmur.

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,05 BTV adi gürzənin quru zəhəri, 30 mq rasemik kamfora, 30 mqterepntin skipidarı və 10 mq salisil turşusu vardır.

Köməkçi maddələr: vazelin,setostearil spirti, bərk parafin, natrium setilatearil sulfat, qliserol,natrium-xlorid, təmzilənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.