ALOPURINOL

ALOPURINOL

4.64 AZN

100 mq-lıq tabletlər ağ və ya  bozumtul  ağ rəng, kənarları kəsik, bir tərəfində bölməxətti, digər tərəfində E 351 oyması olan, iysiz və ya demək olar ki, iysiz, girdə, yastı tabletlər.

İstifadəsinə göstərişlər:
Sidik turşusunun və onun duzlarının toplanması ilə müşayiət oluna bilən əsas klinik vəziyyətlərə aşağıdakılar aiddir;
-İdiopatik podaqra;
-Sidikdaşı xəstəliyi;
-Kəskin sidik turşusu nefropatiyası;
-Şiş xəstəlikləri və hiperurikemiyanın spontan və ya sitotoksik müalicədən sonra yarandığı zaman hüceyrə  populasiyayasının sürətlə yeniləşməsi ilə mieloproliferativ sindromu;
-Sidik turşusunun yüksək dərəcədə əmələ gəlməsi ilə müşayiət olunan müəyyən fermentativ pozğunluqlar.

Əks göstərişlər:
Preparatın  tərkibinə daxil olan köməkçi maddələrdən istənilən birənə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir. Preparat yeməkdən sonra, çoxlu miqdarda su ilə qəbul edilməlidir. Əgər gündəlik doza 300 mq-dan çox olarsa və yaxud mədə-bağırsaq traktı tərəfindən arzuolunmaz simptomlar  müşaiyət edilərsə gündəlik dozanı bir neçə qəbula bölmək lazımdır.

Təsiredici maddə: hər tabletin tərkibində 100 mq və ya 300 mq allopurinol vardır.

Təsiredici maddə: laktoza monohidrat, kartof nişastası, povidon K-25, talk, maqnezium-stearat

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.