KOKARBOKSİLAZA HİDROXLORİD

KOKARBOKSİLAZA HİDROXLORİD

2.78 AZN

Məsaməli, ağ rəngli, yüngül xüsusi qoxuya malik, hiqroskopik kütlə.

İstifadəsinə göstərişlər:
Diabetik mənşəli asidoz, qaraciyər və diabetik koma, prekomatoz vəziyyətlər, qaraciyər və böyrək çatışmazlığı, ağciyər-ürək çatışmazlığında tənəffüs asidozu, qan dövranının xroniki çatışmazlığı, ekstrasistoliya, paroksizmal taxikardiya, səyrici artimiya və dogər ritm pozğunluqları ilə müşayiət olunan ürək xəstəlikləri, dağınıq sklerozun yüngül formaları, preeklampsiya və eklampsiyaŞ periferik nevritlər, karbohidratlar mübadiləsinin yaxşılaşmasını tələb edən müxtəlif patoloji proseslər.

Əks göstərişləri:
Kokarboksilazaya qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Adətən kompleks müalicələrin bir hissəsi kimi tətbiq edilir. Əzələdaxili nadir hallarda dərialtı və ya venadaxili inyeksiya şəklində istifadə edilir. İstifadə etməzdən əvvəl ampulun içərisindəki toz 2 ml inyekisya üçün su ilə həll edilir. Venadaxili  şırnaq üsulu ilə yeritdikdə məhlulun həcmini 10-20 ml-ə qədər artırmaq lazımdır. Damcı üsulu ilə yeritdikdə 0,9 %-li natrium xlorid və ya 5 %-li qlükoza məhlulu əlavə edərək məhlulun həcmini 200-400 ml-ə qədər artırmaq lazımdır. Doza xəstəliyi və xəstənin vəziyyətini nəzərə alaraq fərdi şəklidə təyin edilir. Böyüklərə gündə 50-100 mq birdəfəyə tətbiq edilir. Müalicə kursu 15-30 gündür.

Təsiredici maddə: 1ampuldaq və ya flakonda 50 mq kokarboksilaza hidroxlorid vardır.

Köməkçi maddə: natrium karbonat

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.