ASPAN 40 mq

ASPAN 40 mq

7.44 AZN
Enterik örtüklü tablet.
Göstərişlər:

H.pylori ilə törənmiş onikibarmaq bağırsağın və mədənin xora xəsətliyi zamanı residivlərin azaldılması məqsədilə bu mikroorqanizmin eradikasiyası üçün iki antibiotiklə kombinasiyada.
Peptik xora (onikibarmaq bağırsağın və mədənin xora xəstəliyi);
Orta və ağır formada qastroezofageal reflüks;
Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya vəziyyətləri.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı həssaslıq.

İstifadə qaydası və dozası:

Həkim tərəfindən digər təyinat verilməyibsə, aşağıdakı məlumat nəzərə alınır. İstifadə qaydalarına riayət edilmədikdə arzuolunan effekt əldə edilməyə bilər.
Tabletləri bölmək və ya onları çeynəmək olmaz. Səhər yeməyindən 1 saat əvvəl bir qədər su ilə qəbul edilməlidir.
H.Pylori-müsbət olan mədə və onikibarmaq bağırsaq xorası zamanı patogenin tam eradikasiyadsı üçün kombinə edilmiş terapiya istifadə olunamalıdır. H.Pylori-nin eradikasiyasında rezistentliyin qarşısını almaq üçün aşağıdakı kombonasiyalar təlif olunur.
a)gündə 2 dəfə Aspan 40 mq enterik örtüklü tabletlər
+gündə 2 dəfə amoksisllin 1000 mq
+gündə 2 dəfə klaritromisin 500 mq
b)gündə 2 dəfə Aspan 40 mq eneterik örtüklü tabletlər
+gündə 2 dəfə metronidazol 500 mq
+gündə 2 dəfə klaritromisin 500 mq
c)gündə 2 dəfə Aspan 40 mq eneterik örtüklü tabletlər
+gündə 2 dəfə amoksisillin 1000 mq
+gündə 2 dəfə metronidazol 500 mqa

Təsiredici maddə:

hər enterik örtüklü tabletin tərkibində 40 mq pantoprazol vardır.

Köməkçi maddə:

talk, susuz natrium karbonat, krospovidon, mannitol, povidon K90, kalsium, susuz kolloidal sillsium dioksid, sarı akril-polimetilmetakrilat polimeri, xinolin sarısı, ağ Opadry OY-D-7233.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.