POLKORTOLON

POLKORTOLON

11.52 AZN
Girdə formada hər iki tərəfədən yastı, bir tərəfində o, digər tərəfində isə 4\mq həkk edilmiş, ağ və ya təxminən ağ rəngdə tabletlər.
İstifadəsinə göstərişlər:
-Endokrin sistem funksiyalarının pozulması;
-Revmatik xəstəliklər;
- Kollagenozlar;
-Dermatoloji xəstəliklər;
-Ağır formada gedən, digər müalicə metotlarına tabe olmayan allergik xəstəliklər;
-Göz xəstəlikləri-ağır kəskin və xroniki iltihabi və allergik proseslər;
-Tənəffüs yollarının xəstəlikləri;
-Hematoloji xəstəliklər;
-Yenitörəmələrin xəstəlikləri-trombositoz purpura;;
-Ödemlər-idiopatik tipli uremiyasız böyrək sindromu zamanı və ya autoimmunoloj xəstəlik;
-Həzm traktının xəstəliyi;
-Nevroloji xəstəlik.

Əks göstərişlər:
Preparatın komponentlərinədən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Doza xəstəlikdən və xəstənin müalicəyə reaksiyasından asılı olaraq fərdi şəkildə müəyyən olunur.
Preparatı gündəlik ritmə müvafiq olaraq, adətən gündə bir dəfə, səhərlər qəbul etmək tövsiyə olunur. Lakin bəzi hallarda triamsinolonun daha tez-tez qəbul edilməsi lazım gələ bilər.
Böyüklər adətən gündə 4 mq-dan 48 mq-a qədər.

Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq triamsinolon vardır.
Köməkçi maddə: kartof nişastası, maqnezium-stearat, laktoza monohidrat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.