TROKSİGEL

TROKSİGEL

2.45 AZN
Ağ rəngli ətirsiz liofilizəedilmiş gel.
Göstərişlər:
-Xroniki venoz çatışmazlığı ilə əlaqədar olan ağrı və ödemlər;
-Ayaqlarda ağrı və ağırlıq hissi, ödem;
-Yorğunluq, şişkinlik, qıcolmalar, paresteziya;
-Kəskin səthi tromboflebit, periflebit;
-Varikoz dermatit;
-Posttravmatik ağrı və ödem.

Əks göstərişlər:
Trokserutinə və ya gelin tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Gel xaricə istifadə olunur. Gel səhər və axşam zədələnmiş sahəyə tam hopudurlana qədər diqqətlə yüngülcə sürtülür. Əgər preparatın istifadəsi hər hansısa səbəbdən dayandırılarsa, o zaman pasient dərman vasitəsini istənilən zaman intervalini qorumaq şərti ilə istifadə edə bilər.
Təsiredici maddə: xaric istifadə üçün 100 q gelin tərkibndə 2 q trokserutin vardır.
Köməkçi maddə: karbomer, dinatrium edetat, benzalkorium-xlorid, təmizlənmiş su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.