ENSEFABOL

ENSEFABOL

15.60 AZN
Yumru, parıltılı, sarı iki tərəfi qabarıq örtüklü tabletlər.
Göstərişlər:

Demensiya, o cümlədən degenerativ demensiya, damar genezli və ya degenerativ və damar demensiyanın qarışıq formaları ilə müşayiət edilən baş beyin funksiyasının pozulmasının aşağıda göstərilən əsas simptomlar olduğu hallarda simptomatikmüalicəsi

-yaddaşın, təfəkkürün və diqqəti cəmləşdirmənin pozulması;

-serebrovaskulyar xəstəliklər zamanı baş beyinin digər dərman sindromları;

Aşağıda göstərilən əsas simptomlar olduğu hallarda kəllə-beyin travmasının dəstəkləyici müalicəsi.

-şüurun pozulması;

-diqqət və diqqət cəmləşdirmənin pozulması;

-baş beyin funksiyasının pozuması;

Uşaqlarda və yeniyetmələrdə pisxi inkişafın pozulması.

Əks göstərişlər:

Piritinola və köməkçi maddələrə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Daxilə- böyüklərə gündə 3 dəfə hər dəfə  2 tablet təyin edilir.

7 yaşdan yuxarı olan uşaqlara- gündə 1-3 dəfə hər dəfə 1 tablet təyin edilir.

Preparatı yemək vaxtı və ya yeməkdən sonra qəbul emtək lazımdır.

Yuxu pozğunluqları zamanı sonuncu gündəlik dozanı axşam və ya gecə qəbul emtək məsləhət görülmür.

Müalicənin davametmə müddəti xəstəliyin klinik mənzərəsindən asılıdır.

Adətən, müalicəvi effekt 3-4 həftə müalicədən sonra əldə edilir.

Optimal effekt 6-12 həftədən sonra yaranır.

Müalicənin davam etmə müddəti 8 həftədən az olmamalıdır və lazım olarsa davam etdirilə bilər.

3 aydan sonra müalicənin davam etdirilməsi üçün göstərişlərin olmasını yoxlamaq lazımdır.

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq piritinol dihidroxlorid monohidrat vardır.

Köməkçi maddə: natrium karmelloza 7000, maqnezium stearat, kolloidal silisium 4-oksid, natrium karboksimetilnişasta, laktoza monohidrat, sellüloza.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.