FULTOPAN 10 mg

FULTOPAN 10 mg

7.78 AZN
N10 şam.
Göstərişlər:
Sidik-cinsiyyət və ya mədə-bağırsaq yollarının spazmalarının yüngülləşdirilməsi və qıcıqlanmış bağırsaq sindromunun simptomatik müalicəsi.

Əks göstərişlər:
Dərman vasitəsinin tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Gündə 4 dəfə 2 şam düz bağırsağa dərinə yeridilir. Qıcıqlanmış bağırsaq sindromu zamanı tövsiyə olunan doza gündə 3 dəfə 1 şam təkil edir. Ehtiyac olduqda doza gündə 4 dəfə 2 şama qədər artırıla bilər.
6-12 yaşda uşaqlar-gündə 3 dəfə 1 şam.
Yaşlılarda bu şamlardan istifadə üzrə xüsusi məlumat yoxdur. Kliniki tədqiqatlarda 65 yaşdan yuxarı pasiyentlər iştirak etmişlər və bu yaş qrupundan olan pasiyentlərdə əlavə təsirlər müşahidə olunmamışdır.

Təsiredici maddə: hər şamın tərkibində 10 mq hiossin butilbromid vardır.
Köməkçi maddə: bərk yağlar.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.