ADAPTOL 300 MQ

ADAPTOL 300 MQ

9.94 AZN
N20 kapsul.
Göstərişlər:

-əsəbiliklə, emosinal dayanıqsızlıq, həyacan və qoxu ilə müşayiət olunan nevroz və nevrozabənzər vəziyyətlər.

-müxtəlif mənşəli kardialgiya.

-neyroleptiklərin əmələ gətirdiyi somatovegetativ və nevroloji əlavə təsirlərin aradan qaldırılması məqsədi ilə, onların keçiriciliyini yaxşılaşdırmaq üçün.

-tütün çəkməyə meylliyi  azaladan vasitə kimi kompleks terapiyada tətbiq edilir.

Əks göstərişlər:

Preparatın aktiv və köməkçi maddələrinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Adaptol qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.

Böyüklər üçün gündə 2-3 dəfə olmaqla 300-500 mq təyin edilir.

Maksimal birdəfəlik doza 3 q, yüksək gündəlik doza-10 q təşkil edir.

Müalicə kurusunun davamlığı bir neçə gündən 2-3 aya qədərdir.

Tütün çəkməyə meyilliyi azaldan vasitə kimi kompleks terapiyada tətbiq edilir.

Preparat 5-6 həftə, gün ərzində 3 dəfə olmaqla 600-900 mq qəbul edilir.

Təsiredici maddə: hər kapsulun tərkibində 300 mq mebikar vardır.

Köməkçi maddə: metil sellüloza, kalsium stearat, susuz limon turşusu.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.