KO-DİOVAN 160 MQ\12,5 MQ

KO-DİOVAN 160 MQ\12,5 MQ

15.32 AZN
Bir tərəfində HHH və digər tərəfində CG yazısı olan, tünd qırmızı rəngli, oval, yüngül qabarıq tabletlər.
Göstərişlər:
Arterial hipertenziyanın müalicəsi. Ko-diovan monoterapiya zamanı arterial təzyiqinə adekvat nəzarət edilə bilinməyən arterial hipertenziyalı xəstələrin müalicəsi üçün göstərişdir.

Əks göstərişlər:
Ko-Diovanın tərkibində olan  komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Ko-Diovanın tövsiyə olunan dozası gündə 1 tabletdir. Klinik göstəriçilərindən asılı olaraq, 80 mq valsartan və 12,5 mq hidroxlorotiazod və ya 160 mq valsartan və 12,5 mq hidroxlorotiazid və ya 320 mq valsartan və 12,5 hidroxlorotiazidi istifaadə etmək olar. Ehtiyac olduqda, 160 mq valsartan  və 25 mq hidroxlorotiazid və ya 320 mq valsartan və 25 mq hidroxlorotiazid də istifadə etmək olar.
Təsiredici maddə: 1 tabletin tərkibində 160 mq valsartan, 12,5 mq hidroxlorotiazid vardır.
Köməkçi maddə: kolloidal silisium 4-oksid, krospovidon, hidroksipropilmetilsellüloza, maqnezium-stearat, mikrokristallik sellüloza, polietilenqlikol, talk, titan 4-oksid, qırmızı dəmir oksidi, sarı dəmir oksidi.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.