FOL TURŞUSU 1 MQ

FOL TURŞUSU 1 MQ

0.89 AZN
Açıq sarı rəngdən sarı rəngə qədər, yastısilindrik formalı, kənarları kəsik tabletlərdir.
Göstərişlər:
-Fol turşusunun çatışmazlığı ilə əlaqədar olan anemiyaların müalicəsi və profilaktikası
-Döldə anadangəlmə qüsurların inkişafının profilaktikası
-Fol turşusunun antaqonistləri ilə, qıcolma əleyhinə preparatlarla uzunmüddətli müalicə
-Balanslaşdırılmamış və tələbata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığı
-Spermatogenezin azalması nəticəsində baş verən kiçik sonsuzluğunun müalicəsi
-Polinevritlər və polineyropatiyalar, o cümlədən alkoqol mənşəli

Əks göstərişlər:
Fol turşusuna və ya preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Müalicə məqsədi ilə kişilərə və döşlə qidalndırma dövründə qadınlara gündə 5 mq-a qədər təyin edilir. Müalicə kursu 20-30 gün təşkil edir. 1 aylıq fasilə ilə 2-3 müalicə kursu keçirmək tövsiyə olunur.Preparatın uzunmüddətli istifadəsini B12 vitaminin qəbulu ilə kombinə etmək tövsiyə olunur.
Döldə anadangəlmə qüsürların inkişaf riski olan qadınlara hamiləliyin başlanmazından əvvəl 4 həftə ərzində 5 mq təyin edilir və hamiləliyin ilk 3 ayı ərzində davam etdirilir.
Balanslaşdırılmamış və təlabata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığının profilaktikası üçün gündə 1-5 mq. Müalicə kursu 20-30 gün.
1 aydan sonra müalicə kurusu təkrar etmək tövsiyə olunur.
Meqaloblast anemiya zamanı 4 ay müddətində gündə 5 mq fol turşusu təyin olunur.
Spru xəstəliyi, makrositlər anemiyası, bağırsağın iltihabi xəstəlikləri ilə malabsorbsiyası olan pasiyentlərə gündə 5-15 mq qəbul etmək tövsiyə olunur.

Təsiredici maddə: 1 tabletin tərkibində 100% susuz maddəyə nəzərən 1 mq və ya 5 mq fol turşusu vardırı.
Köməkçi maddə: qlükoza monohidrat, maqnezium-stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.