FERSİNOL-Z

FERSİNOL-Z

14.00 AZN
N30 kapsul.
Göstərişlər:
-Dəmir çatışmazlığı anemiyasının müalicəsi və profilaktikası
-Gizli dəmir çatışmazlığı
-Müxtəlif təsirlərdən yaranan anemiyalar
-Hamiləlik və laktasiya dövrü
-İntensiv fiziki gərginlik
-Hipo və avitaminozlar.

Əks göstərişlər:
Preparatın komponentlərinə yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Dəmir çatışmazlığı anemiyası olan xəstələrə gündə 2 dəfə 1-2 kapsul, orta hesabla 3 ay ərzində
Gizli dəmir çatışmazlığında gündə 1 dəfə 1-2 kapsul, 3-4 həftə ərzində
Hamilə qadınlara hamiləliyin 14-cü həftəsindən etibarən doğuşa qədər gündə 1 kapsul olmaqla həftəlik fasilələrdə 2 həftədən bir.
Laktasiya dövründə gündə 1 dəfə Müalicənin müddəti plazmada dəmirin miqdarına nəzarət edilməklə fərdi qaydada təyin edilir. Nəzərə çarpan dəmir çatışmazlığı əlamətlərində müalicə müddəti 3-6 ay təşkil edir. Hemoqlobin göstəriciləri normallaşanda orqanizmdə dəmir ehtiatı bərpa olanadək terapiyanı daha 2 aya davam etdirmək lazımdır.
Tibbin abortlardan qabaq 10 gün ərzində gündə 1-2 kapsul
Planlı əməliyyatlardan sonra 2-3 həftə ərzində gündə 1-2 kapsul
Aybaşı dövründə aybaşının başlanmasından 2 gün qabaq, tsiki boyu və onun bitməsindən sonra 2 gün ərzində 1 kapsul. Preparatdan ümumi istifadə müddəti, aybaşı günləri də daxil olmaqla 10 gündən artıq olmamalıdır.
İntensiv fiziki gərginliyi olan şəxslərdə, eləcə də hipo və avitaminozda preparatı gündə 1-2 kapsul olmaqla qəbul edirlər.Pofilaktika və terapiya kursu 10 gün təşkil edir.

Təsiredici maddə:
Susuz dəmir sulfat-150 mü
Fol turşusu-0,5 mq
Askorbin turşusu-50 mq
Tiamin monphitrat-2 mq
Riboflavin-2 mq
Piridoksin hidroxlorid-1 mq
Nikotinamid-10 mq
Sink-25 mq
Köməkçi maddə: qarğıdalı kraxmalı, təmizlənmiş talk kaolin, saxaroza, kalsium sulfat, titan dioksid, etilsellüloza, povidon, qliserin monostearat, arı mumu, qırmızı dəmir oksid, jelatin.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.