DEKSALGİN TABLETKA N10

DEKSALGİN TABLETKA N10

6.13 AZN
Ağ rəngli, iki tərəfdən qabarıq, plyonka pərdə ilə ötüklü tabletlər. Tabletin hər iki tərəfində bölmə xətti varıdır.
Göstərişlər:
Preparat yüngül dərəcədən orta dərəcəyə qədər intensivliyi olan ağrıların müalicəsi üçün istifadə edilir, məsələn, əzələ ağrılarında, ağrılı menstruasiyada diş ağrısında.

Əks göstərişlər:
Əgər sizdə deksketoprofen trometamola və ya deksalgin preparatın digər komponentlərinə qarşı allergiya varsa.

İstifadə qaydası və dozası:
Deksalgin preparatını həkimin göstərişlərinə ciddi müvafiq olaraq qəbul edin. Əlavə suallar yarandıqda həkimlə məsləhətləşin.

Deksalgin preparatının lazımi dozası ağrıların növündən, ağrılığından və müddətindən asılıdır.

Sutkada tabletlərin miqdarına və istifadə müddətinə dair tövsiyələri həkim məsləhət görür.

Adətən 8 saatdan bir 1 tablet tövsiyə edilir, sutkada 3 tabletdən çox istifadə etmək olmaz.

Yaşlı xəstələrdə və ya böyrək və ya ağciyər xəstəlikləri olduqda müalicəni sutkada 2 tabletdən çox olmayan ümumi doza  ilə başlamaq lazımdır.

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofenə ekvivalent miqdarda deksketoprofen trometamol vardır.

Köməkçi maddə: qarğıdalı nişatası, mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı, qliserin distearat. Hipromelloza, titan 4-oksid, propilenqlikol, makroqol 6000.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.