Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ASS SİROP

10.85 AZN
ASS SİROP
Göstərişlər:
Ass uşaqlarda və böyüklərdə tənəffüs yollarında qatı bəlğəmin durulaşdırılması və xaric olunmasının yüngülləşdirilməsi üçün mukolitik vasitədir.
Ass tənəffüs orqanlarının qatı və çətin xaric olunun bəlğəmin əmələ gəlməsi ilə müşayiət edilən bütün xəstəliklərində istifadə edilir
Kəskin və xroniki bronixit, obstruksiyalı bronxit, bronxiolit, bronxoektaziya, pnevmoniya, laringit, traxeit, qrip, bronxial astma, həmçinin mukovissidoz, sinusit zamanı istifadə edilir.

Əks göstərişlər:
Preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Preparat yeməkdən sonra daxilə qəbul edilir.
Dozanı ölçmək üçün üzərində 2,5 ml və 5 ml dərəcələrə bölmə xətti qoyulmuş dozalandırıcı şpirisdən və üzərində 2,5-5 və 10 ml dərəcələrə bölünmə xətti olan ölçü stəkandan istifadə edin.

Təsiredici maddə: 1 ml məhlulun tərkibind 20 mq asetilsistein vardır.
Köməkçi maddə: metilparahidroksibenzoat, natrium benzoat, dinatrium edetat, natrium saxariant, natrium karmelloza, natrium hidroksid, 10%-i sulu məhlul, təmizlənmiş su, albalı ətirverici.