MAALOX-MAALOKS 15 ml

MAALOX-MAALOKS 15 ml

13.30 AZN
N30 paket.
Göstərişlər:

15 yaşdan yuxarı olan pasiyentlərdə qıcqırma və qastroezofaqal reflüks zamanı antasid terapiya.

İstifadə qaydası və dozası:

15 yaşdan yuxarı olan pasiyentlərin istifadəsi üçün nəzərdə tutulub.
Maaloks adətən qida qəbulundan 1-1,5 saat sonra və ya ağrı olduqda qəbul edilir. Suspenziya şəklində olan maaloksdan 15 ml qəbul edilir. İstifadədən əvvəl öaketi barmaqlarla ovaraq suspenziyanı homgenləşdirmək lazımdır. Paketin içindəki suspenziy su ilə həll olunmadan qaşığa və ya ağıza sıxılır. Ehtiyac olduqda, əvvəlki qəbuludan 2 saat sonra preparatın əlavə dozasını qəbul etmək olar, lakin gündə 6 dozadan çox qəbul etmək olmaz.

Əks göstərişlər:

Preparatın hər hansı bir komopinentinə  qarşı yüksək həssaslıq.
Aktiv maddə - Maqnezium hidroksid-600 mq, alüminium hidroksid-525 mq.

Köməkçi maddə -

Qatılaşdırılmış xlor turşusu-0,018 ml, limon turşusu monohidratı-9,82 mq, istiotlu nanənin efir yağı-1,89 mq, mannitol-37,50 mq, metilparahidroksibenzoat-15,00 mq, propilparahidroksibenzoat-7,50 mq, natrium saxarinat-4,215 mq, sorbital 70%-214,3 mq, hidrogen peroksid 30%-9,75 mq, saflaşdırılmış su-15 ml-ə qədər.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.