Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ZİMONT

24.68 AZN
ZİMONT

Göstərişlər:

Bronxial astma tutumlarının profilaktikası

Mövsümi allergik rinit, ilboyu davam edən allergik rinit simptomlarının aradan qaldırılması, müalicəsi və profilaktikası

Bronxial astmanın müalicəsi.

Əks göstərişlər:

Zimont-un tərkibindəki hər hansı bir komponentə və ya piperazin törəmələri olan kimyəvi maddələrə qarşı yüksək həssaslıq

Kreatinin klirensinin 10 ml-dən aşağı olması

Böyrək çatışmazlığı

Ciddi qaraciyər çatışmazlığı

Laktasiya dövrü

Bəzi şəkər törəmələrinə qarşı dözümsüzlük.

İstifadə qaydası və dozası:

Bronxial astmanın müalicəsi – gündə 1 dəfə bir tablet  daxilə qəbul edilir

Axşamlar qəbul edilməsi məsləhət görülür

Mövsümi allergik rinit – gündə 1 dəfə bir tablet

Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın korreksiya edilməsinə ehtiyac yoxdur, ancaq ciddi qaraciyər çatışmazlığı varsa, Zimont-u istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Təsiredici maddə - 1 tabletin tərkibində 5 mq levosetirizin dihidroxlorid və 10 mq montelukasta ekvivalent 10.40 mq montelukast natrium vardır.

Köməkçi maddələr – mikrokristallik selülloza, laktoza, kolloidal silisium dioksid, mqnezium-stearat, mannitol, qərməzə dəmir oksidi, titan dioksid, mavi alüminium rəng.