LİSAFEN 400 mg/3 ml

LİSAFEN 400 mg/3 ml

8.42 AZN

İbuprofen ağ və ya sarımtıl rəngli toz olub, xarakterik qoxuya malikdir.

Göstərişlər:

Lisafen dayaq – hərəkət aparatının iltihabi xəstəliklərində kəskin ağrıların müalicəsi zamanı istifadə edilir.

Əks göstərişlər:

Preparata qarşı yüksək həssaslıq hallarının mövcudluğu nəzərə alınmalıdır.

Digər bütün QSİƏP – də olduğu kimi LİSAFEN də Kvinke ödemi olduğu zaman,qastroduodenal xoranın kəskin və ya residiv formalarında və yaşı 14-dən az olan uşaqlara təyin edilməməlidir.

İstifadə qaydası və dozası:

Əzələ daxilinə gündə bir dəfə 400 mq dozada yeridilir

Doza xəstənin fərdi vəziyyəti, xəstəliyin ağırlıq dərəcəsindən və xəstənin orqanizminin dərman maddəsinə göstərdiyi reaksiyadan asılı olaraq korreksiya edilə bilər.

Sutkalıq doza 2.500 mq-dan artıq olmamalıdır.

Təsiredici maddə -  hər 3 ml-lik ampulda 400 mq ibuprofenin lizin duzuna ekvivalent olaraq 400 mq ibuprofenin lizin duzu var

Köməkçi maddələr – natrium metabisulfat 7.5 mq, inyeksiya üçün su 3 ml.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.