RİSPOLEPT 2 mg

RİSPOLEPT 2 mg

15.71 AZN

Sarı rəngli, ortadan bölmə xətti olan iki tərəfi qabarıq, uzunsov formalı örtüklü tabletlərdir.

Göstərişlər:

Şizofreniya – bu zaman siz olmayan şeyləri görə və ya eşidə, yaxud hiss edə bilərsiniz, eləcədədə, həqiqət olmayana inana bilərsiniz, qeyri-adi dərəcədə şübhələrə və ya çaşqınlığa sahib ola bilərsiniz.

Maniya halı  – bu zaman siz həddən çox oyanıqlı, çox yüksək əhvallı. Həyəcanlı, entuziast və yaxud hiperaktiv ola bilərsiniz.

Əqli əmək qabiliyyətini itirmiş uşaqlarda və davranış patologiyalı yeniyetmələrdə uzunmüddətli aqressiya halının qısamüddətli müalicəsi üçün.

Əks göstərişlər:

Əgər sizdə Risperidon preparatına və yaxud bu preparatın hər hansı digər bir inqrediyentinə qarşı allergiya varsa.

İstifadə qaydası və dozası:

Bu preparatı həmişə həkiminizin məsləhət bildiyi kimi istifadə edin.

Tabletlər bir qurtum su ilə daxilə qəbul edilir.

Şizofreniyanın müalicəsi üçün

Böyüklər

Adətən, başlanğıc doza 2 mq . bu doza ikinci gün 4 mq-a qədər artırıla bilər.

Əksər insanlar gündəlik 4-6 mq doza ilə özünü daha yaxşı hiss edir.

Doza həkim tərəfindən sonradan tədricən tənzimlənə bilər.

Yaşlılar

Normalda, sizin başlanğıc dozanız gündə iki dəfə 0.5 mq olacaq.

Preparatın dozası sonradan həkiminiz tərəfindən tədricən 1-2 mq-a qədər artırıla bilər.

Maniya hallarının müalicəsi üçün

Böyüklər

Adətən, başlanğıc doza gündə 1 dəfə 2 mq

Doza həkim tərəfindən sonradan tədricən tənzimlənə bilər.

Əksər insanlar gündə 1 dəfə 1-6 mq doza ilə özünü daha yaxşı hiss edir.

Yaşlılar

Adətən, sizin başlanğıc dozanız gündə iki dəfə 0.5 mq olacaq.

Preparatın dozası sonradan həkiminiz tərəfindən tədricən 1-2 mq-a qədər artırıla bilər.

Uşaqlarda və yeniyetmələrdə istifadəsi

Uşaqlar və 18 yaşına kimi yeniyetmələri şizofreniya və yaxud maniya hallarından ötrü RİSPOLEPT preparatı ilə müalicə etmək olmaz.

Təsiredici maddə - hər örtüklü tabletin tərkibində 2 mq risperidon vardır.

Köməkçi maddələr – laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium stearat, kolloidal silisium dioksid, natrium laurilsulfat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.